

Azərbaycan futbolu üçün bir ilkə quruda olsa “sağol” demək lazımdır
İndi Avropa bizi yox, onu alqışlayır
Hava şaxtalı olduğundan futbolçular vaxt aparmırdılar
... Yaxud hər zarafatdakı həqiqət payı
“Qarabağ” autsayderin qapısına 70 dəqiqə yol tapmadı
Futbolçular yığmaya düşmək üçün Moskva komandalarında oynamalı idi
Musayev gəncliyinə baxmayaraq, çox güclü mütəxəssis olduğunu sübut etdi
Futbolu kiçildə-kiçildə özləri “böyüdülər”
Bəs 9 milyonçudan neçəsi yerlidir?
Bordin: “Nəsə problemi vardısa, gözləyərdi”
Samir Abasov: “Əsas hədəfimiz Avroliqaya qatılmaqdı”
Rəqib hesabı açdı, at izi it izinə qarışdı
730 il sonra da bugünkü qədər seviləcək …
İtaliyadan vurub, Xorvatiyadan çıxırlar ...
... Yaxud ofsayda düşən “CBC Sport”
Keçmiş FİFA referisi həmkarı Həmzəzadədən narazı qalıb
Premyer Liqada 27-ci tur geridə qaldı. Öyrəndik ki...
Oyunsonrası mətbuat konfransları bəzən oyunların özündən maraqlı ola bilirmiş. Bu tur buna bir neçə dəfə şahidlik etdik. Media ilə məşqçilərin baş-başa gəlməsi, ortaya çıxan gərginliklər işə rəng qata bilir. Tövsiyəm isə mütəxəssislərin səbrli davranmasıdı. Tənqid, eyni zamanda provokasiyalı suallar da bu işin bir hissəsidir: olub, var, olacaq da. Məşqçilərimiz bilməlidilər ki, bu qiyabi müharibə və əyani döyüşdə səsi hündürdən çıxan, yaxud daha ağır ifadələr işlədənlər yox, təmkinli olanlar, sakit davrananlar qalib gəlirlər.
Turun mərkəzi qarşılaşması Masazırda oynandı. Qarşılıqlı qollar, bərabər mübarizə, hər iki tərəfdən böyük güc sərfi nəticəni də balanslı etdi. Konkret futbola gəlincə, Berezutski rəqibi yaxşı öyrənmişdi. “Zirə”nin əsas güc nöqtələrinə təsir edərək zəiflədə bilmişdi. Rəşad Sadıqov isə çevik davranmağı, gedişat yaxşı olmayanda taktiki cəhətdən cəld reaksiya vermək bacardığını göstərdi. Yaxşı oyun idi, bərabərlik də ədalətli nəticə oldu.
Berdıyev və “Turan” haqda dəfələrlə yazdıqlarımızı təkrarlamağa ehtiyac yoxdur. Hərənin öz günah payı var. Məşqçi alternativ yollar üzərində işləməlidir, çıxış yolları tapmalıdır. Yalnız “A planı” və standart vəziyyətlərdən qol vurmaqdan ibarət olan “B planı” hazırkı durumda yetərli deyil. Digər tərəfdən, Aleks De Souza kimi hücumçunun topu 5 metrdən qapıçının üstünə vurması, Rəhim Sadıxovun eyni məsafədən çərçivəyə düşə bilməməsi, faydalı iş əmsalının ümumiyyətlə sıfıra yaxın olması, futbolçuların adi epizodlarda kobud səhvlərə yol verməsi, konkret həvəskar kimi davranmalarına Berdıyev heç nə edə bilməz. Əldəki material budur – yetərsiz və keyfiyyətsiz. Hə, bunları kim gətirib, gəlməsinə kim razılıq verib, bax əsas sual budur. Məşqçidirsə o, rəhbərlikdisə onlar öz məsuliyyət payını götürməlidilər.
Milli fasilənin ən çox xeyrinə olacaq komanda “Neftçi”dir. Qış toplanışında toplanan güc son 2 oyunda minimuma enmişdi, bu, aşkar görünürdü. Təbii prosesdir. “Səbail”lə matç sonlarına yaxın yaşananlar da bunun nəticəsidir. Hazırkı heyət uzunmüddətli və intensiv qrafikə dözəcək səviyyədə deyil. Mustafa Sek kimi təcrübəli oyunçunun belə ayağı top tutmamağa başlayıbsa, digərləri haqda heç danışmağa dəyməz. Samir Abasov bu komandadan maksimum nən mümkündürsə, onu almağa çalışır. Etiraf edək ki, bu işin öhdəsindən pis gəlmir. Bir neçə günlük fasilə komandaya müsbət təsir edəcək və son dövrəni də yaxşı keçirməyə imkan verəcək.
Bu gün “Səbail”də baş verənlərin səbəbi ötən mövsüm böyük – 10 milyondan çox olan büdcənin amansızca dağıdılması və heç bir normal nəticənin verilməməsidir. Ondan sonra klubda sponsor qalar? Ondan sonra kimsə kluba ciddi yanaşarmı? Təbii ki, yox. Nə tökərsən aşına, o da çıxar qarşına. Cavid Hüseynov isə Tovuzdan gedəndə səhv eləmişdi. “Səbail” normal yer olsaydı, çoxdan düzəlmişdi. Səhv idi ora getmək. Buna türklər vizyonsuzluq deyirlər. Oturmuşdu da. Bir az qalsaydı, indi Berdıyevin yerinə 1 nömrəli namizəd idi. Olmadı, bundan sonra da olmayacaq.