vaxtlı-vaxtında oxuyun! Bazar ertəsi, 17 mart 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)

«Bir kərə yüksələn bayraq bir daha enməz!»

Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)
BANK, BİRJA, SIĞORTA  
12:52 | 17 mart 2025 | Bazar ertəsi Məqaləyə 20 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

FED-in faiz məcburiyyəti

İnvestorların qızıla yatırımı “pandemiyanın” fəsadlarıdır

Natiq CƏFƏRLİ

MÖVZU İLƏ ƏLAQƏLİ

“Pandemiyanın” elanından 5 il keçir. Bu vaxtın Dünyada cinayətkarcasına idarə edilməsi, insanlıq üzərində aparılan alçaq eksperimentlərin təsiri iqtisadiyyatda bu gün də davam edir.

2020-2022-ci illər aparıcı dəfələrlə publik çıxışlarda, yazılarda qeyd etdik ki, dünya iqtisadiyyatına 17-18 trilyon dollar pul səpilməsi və bu vəsaitin insanlara deyil də, böyük şirkətlərin səhmlərinə, milyarderlərə getməsi dünyada iqtisadi çətinlikləri artacaq, müharibə riskləri yüksələcək.

Bu gün dünyada səhmlərin ucuzlaşması, səhmlərdən çıxan investorların qızıla yatırım edərək bu aktivin bahalaşmasına səbəb olması məhz “pandemiyanın” təsirləri və dalğalarıdır.

2020-2023-cü illər arasında dünyada 800 milyon nəfər ya işini itirdi, ya da dəyişməyə məcbur oldu, orta sinfin məhv edilməsinə çalışıldı. Paralel olaraq “over regulation” (aşırı tənzimləmə) qaydaları gətirildi, içi boş “iqlim gündəliyi” biznesə əlavə zərbələr vurmağa başladı.

Belə şərait yarananda dünyada həmişə müharibələr olub, indi də hibrit və proksi müharibələr sonunda böyük və yeni “Podstam, Yalta” ilə yekunlaşacaq.

ABŞ-ın yeni administrasiyası “pandemiya” zamanı dünyaya səpilən trilyonların “əridilməsinə”, yaranan “balonları” partlatmağa çalışır. Çünki, ABŞ-ın 35 trilyon dollara yaxın daxili və xarici borcu var, bu borcların idarə edilməsi, yəni, borclar üzrə faizlərin ödənilməsi hər il ABŞ-a 5-6 trilyon dollara başa gəlir (tək dövlətə yox, həm də özəl sektora). Borclar üzrə faizlərin azadılması üçün gərək FED uçot dərəcəsini azaltsın (borclar üzrə faiz ödənişlər FED-in uçot dərəcəsinə görə indeksləşdirilir), o zaman investorlar borc kağızlarından çıxacaq, real sektora investisiya yatıracaqlar. FED-i uçot dərəcəsini azaltmağa yönəltmək üçün iki yol var – inflyasiya azalmalıdır (yollarından biri neft qiymətlərini salmaqdır), ya da, ABŞ-da “ressesiya” riski yaranmalıdır ki, FED stimullaşdırıcı addım kimi uçot dərəcəsini aşağı salsın. Bu gün ABŞ məhz bunları edir, “pandemiyanın” yaralarını sağaldır.

ABŞ-ın “tarif müharibələri” də məhz inflyasiyanı azaltmağa xidmət edir – bəli, məhz belədir, halbuki, ilk baxışdan tərsi görünür, tariflər artdıqca istehlakçılar üçün qiymətlər də yüksəlir, amma, buna başqa tərəfdən də baxın:

1. Daxili istehsal stimullaşır;

2. İstehlak azalır.

Hər ikisi orta vadədə təsir edəcək amildir, amma hər iki amil inflyasiyanı aşağı salmağa, deməli FED-i uçot dərəcəsini aşağı çəkməyə vadar edəcək ki, əsas məqsəd də məhz budur.

Dünyada baş verənləri “düz məntiqlə” izah etmək istəyənlər çoxdur, özlərinin yanılması problem deyil, əsas odur ki, insanları yanıltmasınlar.

Bu gün Dünyada baş verənlən hadisələrin bir çoxunun günahı “pandemiyanı” cinayətkarcasına idarə edən siyasi elitadadır və bu “elitaya” qarşı insanların etirazı, Dünyada “sağ”ın və “millətçiliyin” güclənməsinə səbəb olur – yəni, bu obyektiv nəticədir...


   

MÜƏLLİF

ANKET

Hökümətin ölkədə hansı sahəyə diqqətinin artırılmasını istərdiniz?

  • Elm-təhsil
  • Səhiyyə
  • Sosial Müdafiə
  • Ekologiya, təbii sərvətlər
  • Müdafiə-təhlükəsizlik
  • Mədəniyyət, incəsənət, ədəbiyyat
  • Kənd təsərrüfatı, aqrar sənaye
  • Sahibkarlıq, sənaye (zavod, fabrik)