Kriptovalyuta bazarlarında xaos
Makroiqtisadi narahatlıqlar, ETF çıxışları təzyiq yaradır
09:21 | 17 aprel 2025 | Cümə axşamı
Məqaləyə 271 dəfə baxılıb
Şriftin ölçüsü
Makroiqtisadi narahatlıqlar, ETF çıxışları təzyiq yaradır
Qlobal bazarlar Pauellın faiz endirimi siqnalıyla yüksəldi
ABŞ-Çin gərginliyi yüksəlişi durdurdu
Statistika məlumatlar təxirə salındı, FED hansı addımı atacaq?
Pentaqon Rusiyanın dərinliklərini vurmaq üçün Ukraynaya köməklik edəcək
ETF xəbərləri və mövsümi faktorlar kriptovalyuta bazarını dəstəkləyir
ABŞ prezidenti Liza Kuku hələlik vəzifədən kənarlaşdıra bilməyəcək
Dünənki zirvədən sonra cüzi ucuzlaşma var
FED-in yumşaq siyasəti “Goldman Sachs”da nikbinlik yaradıb
Hammak sərtləşmə, Bouman isə yumşalma tərəfdarıdır
Yeni üzvün faiz endirimi çağırışı birmənalı qarşılanmır
FED üzvü Loqandan yeni faiz siyasəti çıxışı
Keçmiş FED sədrlərindən ABŞ Ali Məhkəməsinə Kuk çağırışı
BMF: “Faiz siyasətini endirmək üçün imkan var”
Gələn həftə faiz endirilməsi demək olar ki, qətiləşib
ABŞ prezidenti Cia Kobun qərarından şikayət etdi
Dünən FED sədri Cerom Pauell inflyasiyanın tariflərə görə yüksələ biləcəyini və bu səbəbdən mərkəzi bankın qiymət artımlarına diqqət yetirəcəyini bildirdikdən sonra faizlərin endirilməsi üçün tələskənlik olmayacağı və narahatlığın azalacağı təxminləri özünü doğrultmadı, “Wall Street” indeksləri gerilədi.
Pauell danışdıqca ABŞ indekslərindəki itkilər dərinləşdi, “S&P 500” səhmlərinin təxminən 90 faizi düşdü. Günü 2,2 faiz itki ilə başa vurmazdan əvvəl bir anda 3,3 faiz qədər ucuzlaşan “S&P 500”, texniki analizdə “çarpaz ölüm” formalaşmasına girdi.
“Nasdaq 100” 3 faiz ucuzlaşıb. “NvidiaCorp.” və “Advanced Micro Devices Inc.” şirkətlərin səhmləri Tramp administrasiyasının Çinə çip ixracına məhdudiyyətlər elan etməsindən və “ASML Holding NV”nin məyusedici qazanc hesabatından sonra düşdü. Filadelfiya Yarımkeçirici Birjası İndeksi 4,1 faiz ucuzlaşıb.
ABŞ-da yeni ticarət günündə fyuçers indeksləri yüksəlir.
Asiya səhmləri Trampın Yaponiya ilə tarif danışıqlarında “böyük irəliləyiş” elan etməsi ilə dəstəklənib. Yaponiyanın “Nikkei” 225 indeksi 0,91 faiz bahalaşıb.
İki ölkə arasında məzənnənin müzakirə olunmayacağı açıqlandıqdan sonra yen dollar nisbəti gündəlik 0,7 faiz artaraq 143-ə yaxınlaşdı. İnvestorlar təhlükəsiz limanlara maraq göstərməyə davam edir. Qızıl dünən yeni rekord həddə çataraq 3343,36 dollara çatıb.
Çərşənbə günü 5 bənd azalan ABŞ-ın 10 illik istiqraz faizi bu səhər 3 bənd artaraq 4,3077 faizə çatıb. “Bloomberg Dollar İndeksi” Çərşənbə günü 0,7 faiz enişdən sonra bir qədər yüksələrək 1,227,4 səviyyəsinə qalxıb.