
“Uran ehtiyatlarının yeri dəqiq bilinmir”
Fransa kəşfiyyatı: “Nüvə potensialının tam xəritələndirilməsi bu mərhələdə mümkün deyil”
Fransa kəşfiyyatı: “Nüvə potensialının tam xəritələndirilməsi bu mərhələdə mümkün deyil”
Vətəndaş etirazları genişlənir
Qruplar postunu oğluna ötürmək istəyən Xameneyiyə mane olur
“Xalq üsyana qalxsa, rejim üçün daha pis olacaq”
“İrana zənginləşdirilmiş uranla kömək etməyə hazırıq”
Xarici müdaxilə və bombalama həll yolu deyil
ABŞ-da səfərdə olan Netanyahu Trampdan “zərbə icazəsi” istəyəcək
... İran BRİCS sammitində ABŞ və İsraili beynəlxalq hüququ pozmaqda ittiham edib
İsrail aviasiyasi Tehranın hava məkanında necə at oynatdı?
Dünyanın hər bir nöqtəsində şəbəkəsi olan, düşmənlərinin kabusu – MOSSAD
İranda həbs olunan iki Fransa vətəndaşına hökm oxunub
“Dəmir günbəzi 12 gün ərzində zərərsizləşdirdik”
Tramp tamamilə məhv edildiyini iddia etmişdi
Tehran döyüş təyyarəsi almaq ümidi ilə Pekinə üz tutduğu iddia edilir
Atəşkəsdən sonra Hörmüz iddiası
Pezeşkian qanun imzalayıb
Ötən gün Azərbaycan xalqının və Azərbaycan torpaqlarının çar Rusiyası ilə Qacar imperiyası (indiki İran) arasında bölüşdürülməsini rəsmiləşdirən Türkmənçay müqaviləsinin ildönümü idi.
Bu gün isə İranda "islam inqilabı" deyilən hərəkatın qələbə qazanmasının ildönümüdür. Məhəmmədrza şah Pəhləvinin devrilməsi uğrunda başlanmış inqilabi hərəkat 1979-cu il fevralın 11-də öz istəyinə nail olub.
Beləliklə, şah devrildi, yerinə teokratlar (mollalar) gəldi. Pəhləvilər ayətullahlarla əvəzləndi. Və bu gün İranın dini hakimiyyəti milli bayram hesab etdikləri İslam İnqilabının Qələbəsi Gününü təmtəraqla qeyd edir.
Pəhləviləri qovub, onların yerinə keçən ayətullahlar İrandakı xalqları, o cümlədən Güney Azərbaycan türklərini şah rejiminin zülm və repressiyalarından xilas edib onları ağ günə çıxartdımı və onlar üçün daha mütərəqqi idarəçilik sistemi qurdumu?
Yox!
Ayətullahlar həm azərbaycanlıları, həm də kürdləri, bəlucları, xəzərləri, qaşqayları, türkmənləri və digər xalqları aldatdılar, farsların zorakı üstünlüyünə əsaslanan dini-etnik rejim yaratdılar. Ona görə də bu gün dünya mediası və ekspertlər hazırkı İran hakimiyyəti haqqında danışarkən “fars-molla rejimi” ifadəsindən istifadə edirlər.
Pəhləvi rejimi ilə molla rejimi ikisi də bir bezin qırağıdır. Güneyli soydaşlarımız üçün bu iki mənfur rejim arasında heç bir fərq yoxdur.
Ona görə də bu gün ABŞ-da, İsraildə bəzilərinin Pəhləvi rejimini molla rejimi ilə müqayisədə daha münasib, daha sivil və daha adekvat siyasi subyekt kimi təqdim etməsi tamamilə absurddur.
Əlbəttə, Pəhləvi rejimi onların gözünə adekvat kimi görünə bilər. Lakin İranın qeyri-fars xalqları üçün, xüsusən də Güney Azərbaycan türkləri üçün Pəhləvilərin hakimiyyət dövrü (1925-1979) rəsmən cəhənnəm dövrü olub. Və nə yazıq ki, bu cəhənnəm erası hətta bu gün də – mollaların hakimiyyəti dönəmində də davam edir.
Beləliklə, artıq 100 ildir ki, farslar hakimiyyət çevrilişi edərək, Qacar türk dövlətini ləğv edib, onun yerində İran fars dövlətini qurublar. Güney azərbaycanlılar dövlət sahibi ikən, artıq bir əsrdir ki, hüquqsuz durumda yaşayır, davamlı assimilyasiyaya məruz qoyulurlar.
Bəs, bu istibdad, bu hüquqsuzluq hələ nə qədər davam edəcək?
Farslar nə Pəhləvilərin, nədəki mollaların dönəmində qeyri-fars xalqlara bərabərhüquqlu yaşam imkanları verən normal dövlət qurmağı bacarmadılar. Onlar nə illah etsələr, hər nə qədər çaba göstərsələr də, qurduqları rejimlər diktaturadan o yana getmədi. Hər iki rejim (pəhləvilər də, mollalar da) İranı rəsmən xalqlar həbsxanasına çevirdi.
Lakin bu iki rejimin yüz ildir (1925-2025) bir-birini əvəzləyib idarə etdikləri İran adlı xalqlar həbsxanası artıq həmişəlik olaraq tarixin arxivinə göndərilmək məqamına yetişib. Farslar normal dövlət qura bilmədiklərini etiraf edib İranın sükanını ya yenidən Qacarlara (daha doğrusu, onların indiki varislərinə), yadaki ümumiyyətlə, Güney azərbaycanlılara təhvil verməlidirlər.
Güney azərbaycanlılar İranın (1925-ci ildə süquta uğradılmış Məmləkəti Məxruseyi Qacariyyənin) idarəçiliyini ələ almaq iddialarını ortaya qoymalıdırlar. İndi bunun üçün ən əlverişli beynəlxalq şərait yaranıb.
P.S. Ehtiyat variant kimi isə Güney Azərbaycanın İrandan ayrılıb öz bağımsızlığını elan etməsi daim gündəmdə saxlanılmalıdır.