

İmamoğlu milli adam deyil, türklük vizyonu yoxdur
Mansur Yavaş: “Bu hadisədən sonra Türkiyənin AB-yə qəbulu mümkün deyil”
İmamoğlunun həbsindən sonra İBB-dən ilk açıqlama
Əkrəm İmamoğlu üçün verilən həbs qərarından sonra valyuta qiymətlərində partlayış
Terror təşkilatı liderləri Cəmil Bayık və Mustafa Qarasu ilə bağlı təfərrüatlar
Səhər saatlarında başlanan həbslər iqtisadiyyatı çökdürdü
100 nəfərin saxlanılması ilə nəticələn əməliyyat üzrə iki cinayət işi açılıb
Əkrəm İmamoğlunun da olduğu 100 nəfərin həbs qərarı narazılıqla qarşılanıb
İBB daxil olmaq iki rayon bələdiyyəsində axtarışlar başlayıb, 100 nəfər həbs olunub
Türkiyədə Əkrəm İmamoğlunun diplomu ləğv edilib
Zəfər çərşənbəmiz mübarək
Görüşdə Türkiyə ilə ABŞ arasında ikitərəfli əlaqələr, regional və qlobal məsələlər müzakirə edilib
Casus şəbəkə Ankara ilə Tehran arasında gərginliyi bir az da artırıb
Azərbaycanın D-8-ə üzvlüyü rəsmiləşdi
Çanaqqala – Türk böyüklüyünün imtahan savaşı
Rusiya Ukrayna burulğanından çıxsa növbəti düzərgahı Cənubi Qafqaz olacaq
Jurnalist İsmayıl Saymaz “Türkiyə Cümhuriyyətində hökumət çevrilişinə cəhdə kömək etmək” ittihamı ilə “Gezi Parkı” hadisələrilə bağlı başladılan istintaq çərçivəsində saxlanılıb.
İstanbul Cümhuriyyət Baş Prokurorluğu İsmayıl Saymazın Taksimdə “Gəzi Parkı” mərkəzli hadisələrdə iştirakına görə istintaqa başlayıb.
İstintaqda “Gezi Parkı” mühakiməsi üzrə mühakimə olunan məhkum Osman Qavala ilə Saymazın öz internet saytının və qurmağı planlaşdırdığı və televiziya kanalının hazırlanmasındakı rolu ilə bağlı söhbətləri müəyyən edilib.
İstintaqda Saymazın “Gezi Parkı” hadisələri zamanı Can Atalay, Çiğdem Mater Utku, Ayşe Mücəlla Yapıcı və Osman Qavala ilə yaxın əlaqədə olduğu, şübhəlinin sosial media hesablarında “Gəzi Parkı” hadisələri ilə bağlı çoxlu paylaşımlar etdiyi müəyyən edilib.
İstintaqda şübhəlinin qiyam hadisələrini Türkiyəyə yaymağa çalışdığı, “Gezi parkı” haidəslərində fəal rol aldığı və sosial mediada həqiqətə uyğun olmayan məlumatlar verərək vətəndaşları hüquq-mühafizə orqanlarına qarşı təhrik etməyə çalışdığı anlaşılıb.
Prokurorluq Saymaz haqqında “Türkiyə Cümhuriyyətinə qarşı qiyam cəhdinə köməklik etmək” ittihamı ilə həbs qərarı çıxarıb.
Qərardan sonra Saymazın polislər tərəfindən həbs olunduğu öyrənilib.