vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 18 mart 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Səttar Xan (1866 - 1914)

«Yüksəlməyə hər millətin
Öz yolları vardır
Millətlər uçar,
yüksələr öz doğma dilyilə»

Səttar Xan (1866 - 1914)
QƏZA, FACİƏ  
10:14 | 18 mart 2025 | Çərşənbə axşamı Məqaləyə 14 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Bizi yalnız Tanrı xilas edə bilər”

Ən azı 59 nəfərin ölümü nəticələn yanğından sonra Şimali Makedoniya matəm içində

CAVİD

MÖVZU İLƏ ƏLAQƏLİ

Balkanlarda gecə klubunda baş verən yanğından sonra Şimali Makedoniyada dövlət qurumları və ictimai yerlərdə bayraqlar yarıya endirilib.

Yeddi günlük milli matəmin başladığı şərqdəki Koçani şəhərində yanaraq, tüstü zəhərlənməsindən və ya izdihamda əzilən ən azı 59 nəfərin ölümünün əks-sədaları davam edir.

Dünən axşam saatlarında Türkiyə tərəfindən göndərilən təcili yardım təyyarələri ilə 22-si çox ağır, 9-u ağır olmaqla 155 nəfər yaralını İstanbul və Ankaraya aparıb.

Yunanıstan, Bolqarıstan və Serbiya kimi regional ölkələr də oxşar addımlar atıb.

Paytaxt Skopyedən təxminən 100 kilometr aralıda yerləşən şəhərdə bazar günü səhər saatlarında başlayan yanğına pirotexniki materialın səbəb olduğu bildirilir.

Kadrlarda hip-hop dueti DNK səhnədə olarkən tavana atılan pirotexniki vasitələrin yanğına səbəb olduğu görünür.

Təbii fəlakətlə bağlı 10 nəfər saxlanılıb.

Sözügedən məkanın öz ərazisindən iki dəfə çox istifadəyə icazə verməsi, kifayət qədər qəza çıxışlarının və yanğınsöndürmə vasitələrinin olmaması və başqa qanunsuzluqlardan rüşvətlə yaxa qurtarması ilə bağlı iddialar araşdırılır.

Bazar ertəsindən başlayaraq üç gün ərzində ölkə üzrə gecə klublarında yoxlamaların aparılacağı açıqlanıb.

Şimali Makedoniya prezidenti Gordana Siljanovska Davkova ötən gecə 2 milyona yaxın əhalisi olan ölkəsinə müraciətində 16 yaşlı yeniyetmələrin də ölümünə səbəb olan yanğından danışaraq, “Hamımız şokdayıq. Bir insan, bir ana, bir dövlət başçısı kimi şəxsən mən şokdayam”, – deyib.

Yaxınlarının aqibətini öyrənmək üçün xəstəxanalara üz tutanlar üzücü xəbərdən məyus olurlar.

25 yaşlı oğlu Andreyi itirən Tomko Stojanov bu sözləri deyib: “Başsağlığınız üçün təşəkkür edirəm, amma ağrım keçməyəcək. Bu yara sağalmayacaq. Digərlərini xilas etmək üçün içəri girmək istəyərkən öldü. Onu itələdilər, üstünə qaçdılar, oğlum belə öldü”.

21 yaşında yeganə övladı Tomçeni itirən Dragi Stojanov dərdini belə bölüşdü: “İcazə verin bunu hamının gözü qarşısında deyim. Mən ölü adamam. Hər şeyi itirdim. Qoy bütün dünya bunu bilsin”.

19 yaşlı Marija Taseva bildirib ki, yanğın sürətlə yayılarkən bacısı ilə birlikdə hadisə yerində olub: “Bilmirəm necə yerə yıxıldım, amma məni tapdaladıqları üçün ayağa qalxa bilmədim. Məni xilas etdilər, amma qardaşım öldü”.

Paytaxt Skopyedə yaşayan iqtisadçı Beti Delovska ölkəsinin ilk dəfə belə faciə ilə üzləşdiyini bildirib. O, bir çox gəncin daha yaxşı gələcək ümidi ilə köç etdiyini vurğulayaraq qaranlıq bir mənzərə çəkdi: “Makedoniya ölüm yatağındadır. Etibarlı qurumlarımız yoxdur, səhiyyə sistemi tamamilə bərbad vəziyyətdədir, təhsil zəifdir, məhkəmələr tamamilə korrupsiya bataqlığındadır. İndi mən inanıram ki, Makedoniyanı yalnız Tanrı xilas edə bilər”.