

Putinin əleyhdarları ABŞ həbsxanalarında saxlanılır
Tramp: “Harada dayanacağı məlum olmayan böyük güclə cavab verəcəyik”
Ukrayna ordusu tərkibində rus legioner dəstələri yaradılır
“Ölkəmizə və günahsız insanlara əzab gətirdi”
Stiv Vitkof: “Trampla Putinin arasında böyük dostluq var”
İspaniyanın baş naziri Pedro Sançes: “Rusiya təhdidləri ilə üzləşən ölkələrə kömək etməliyik”
ABŞ döyüş təyyarəsi Husilərə zərbələri intensivləşdirir
“18 ballistik və qanadlı raket və bir PUA ilə hədəf aldıq”
“Atəşkəs çağırışı Ukraynaya öz qüvvələrini yenidən təşkil etmək şansı vermək cəhdidir”
Tramp Husilərə “görmədiyiniz cəhənnəmə şahid olacaqsınız” deyib
Lukaşenko Zelenskini təhqir edib
Rusiyanın pərdə arxasında nə işi var?
Onların əlində olan qabaqcıl silah-sursat bir çox ölkənin arsenalında yoxdur
Casus şəbəkə Ankara ilə Tehran arasında gərginliyi bir az da artırıb
Qlobal bazarlar diqqətlərini FED-in faiz qərarına yönəldir
Trampın məktubuna İrandan gecə yarısı cavab
ABŞ prokurorlarının İran hökuməti tərəfindən hədəfə alınan və sui-qəsd planlaşdırılan iranlı dissident və jurnalist Məsih Əlinejad bugünlərdə onu öldürməyə cəhddə ittiham olunan iki nəfərin məhkəməsində ifadə verəcək.
“Amerikanın Səsi” radiosunun əməkdaşı Əlinejadın 2022-ci ilin yayında onu öldürmək üçün işə götürüldüyünü deyən bir adamın ifadəsi ilə Manhettendə federal məhkəmədə şahid kimi çıxış edəcəyi gözlənilir.
2009-cu ilin mübahisəli prezident seçkilərindən sonra İranı tərk edən Əlinejad 2019-cu ilin oktyabrında ABŞ vətəndaşlığını qəbul edib.
Ötən həftə açılış bəyanatında prokuror Əlinejadın niyə İran rejiminə qarşı durduğu və “geri çəkilməkdən imtina etdiyi” barədə ifadə verəcəyini deyib.
Onun ifadəsi İranla sərhəd və mədəni əlaqələri olan Azərbaycan əsilli Rafət Əmirov və Polad Ömərovun işi üzrə verilir. Bu insanlar muzdlu qatil olmaq da daxil olmaqla çoxsaylı ittihamları rədd ediblər.
Əmirov və Ömərovun müdafiəçiləri andlı iclasçılara bildiriblər ki, prokurorların sübutları sadəcə olaraq şərti xarakter daşıyır, yəni onların cinayətlə birbaşa əlaqəsi yoxdur.
Azərbaycandan ABŞ-a gəlməzdən əvvəl və sonra rus mafiyasında işlədiyini deyən Xalid Mehdiyev avtomobili ilə Əlinejadın Bruklindəki evinin yaxınlığından keçərkən həbs edilib. Onun avtomobilinin oturacağında “AK-47” tipli silah tapılıb.
Xalid Mehdiyev Amerikaya cinayətkar dəstə yaratmaq üçün göndərilib. Rus mafiyası daha sonra ona Məsih Əlinejadı öldürmək tapşırığını verib.
Mehdiyev Bruklin və Manhetten məhkəmələrində çoxsaylı ittihamlar, o cümlədən adam öldürməyə cəhd, sui-qəsd və silah ittihamları üzrə özünü təqsirli bildikdən sonra hökumətə ifadə verib.
Mehdiyev yeknəsək ifadə verərək bildirib ki, Əlinejadı öldürməsinə görə alacağı gözlənilən 160 min dollardan 30 min dollar əvvəlcədən alıb. O, işə hazırlaşmaq üçün Alinejadın Bruklindəki evinin qarşısında fotoşəkillər və video görüntülər çəkdiyini, bəzən hər gün saatlarla müşahidə apardığını deyib.
O, açıqlamasında sosial şəbəkədə Əlinejadla əlaqə saxladığını və ona “ən yaxşı jurnalist” kimi təriflər yağdırdığını bildirib.
Əlinejada niyə yaxınlaşdığını soruşduqda o, belə cavab verib: “Onunla söhbət etməyə, həyatına girməyə çalışırdım. Çünki onu öldürməyin asan yolunu tapmağa çalışırdım”.
Keçən həftə ifadə verərkən Əlinejad sosial mediada qarışıq emosiyalara qapıldığını yazıb.
“İnanmaq çətin ola bilər, amma rejim məni öldürmək üçün Bruklindəki evimə AK-47 ilə bir adam göndərildi. Çünki mən saçlarımı göstərən və İrandakı qadınları da bunu etməyə təşviq edən videolar yayımladım”, – Əlinejad deyib.
Bu mövzunu məhkəmənin əvvəlində ABŞ vəkilinin köməkçisi Ceykob Qutvilliq münsiflər heyətinə çatdırıb.
Qutvillig deyib ki, Əlinejad İranda ictimai yerlərdə hicab taxmaqdan imtina edərək rejimə etiraz edən, ölkənin əxlaq polisi tərəfindən həbs və ya döyülməsi ilə üzləşən qadınların mesajlarını və videolarını paylaşmağa təşviq etdikdən sonra İranda hədəfə çevrilib.
“O, bunları milyonlarla insanla bölüşdü və İran hökumətinin qadınlara qarşı təzyiqlərinə işıq saldı və bu, rejimi qəzəbləndirdi”, – dedi.
İş üzrə hakim bazar ertəsi andlı iclasçılara bu həftənin sonuna kimi müşavirəyə başlaya biləcəklərini söylədi.