

Avropada vetolardan yayınmaq üçün ERB-ni birliyin daxilində yaradılmasının əleyhinədir
“Tramp müharibə cinayətləri komitəsindən çıxdı”
Tramp administrasiyası ixtisarının bir hissəsi olaraq 1000-dən çox tibb işçisi işdən çıxarılıb
Putinin əleyhdarları ABŞ həbsxanalarında saxlanılır
Rus mafiyası ABŞ-da yaşayan jurnalisti öldürmək üçün İran rejimindən sifariş alıb
Tramp: “Harada dayanacağı məlum olmayan böyük güclə cavab verəcəyik”
Ukrayna ordusu tərkibində rus legioner dəstələri yaradılır
100 mindən aşağılar isə ...
Ağ Ev: “Onlar minnətdar olmalıdırlar”
FED-in istehsal indeksi mart ayında gözləntilərin altına düşüb
Raşa Alavie Məhkəmə qərarına baxmayaraq ölkədən çıxarılıb
“Ölkəmizə və günahsız insanlara əzab gətirdi”
Fransalı siyasətçi ABŞ-a hədiyyə edilən simvolu tələb edir
İnvestorların qızıla yatırımı “pandemiyanın” fəsadlarıdır
Stiv Vitkof: “Trampla Putinin arasında böyük dostluq var”
Müqəddəs Patrik Gününün 70-ci ildönümü bütün şəhərdə bayram ovqatı yaradıb
ABŞ prezidenti Donald Tramp və Rusiya prezidenti Vladimir Putin arasında telefon danışığında Rusiya-Ukrayna atəşkəs prosesi ilə bağlı detallar müzakirə edilib.
Ağ Ev rəhbərinin müavini Den Skavinonun “X” hesabında yazdığı yazıya görə, iki lider arasında hərtərəfli və məhsuldar telefon danışığı olub.
ABŞ-da yerli vaxtla səhər saat 10:00-da başladığı bildirilən görüşün 2,5 saat davam etdiyi bildirilir.
Ağ Ev hələlik görüşlə bağlı açıqlama verməsə də, Rusiya-Ukrayna atəşkəs prosesinin müzakirə edildiyi görüşün “məhsuldar” olduğu bildirilib.
***
“ABŞ prezidenti Donald Tramp və Rusiya prezidenti Vladimir Putin Rusiya-Ukrayna müharibəsinin “davamlı sülh”lə başa çatması və hərtərəfli danışıqların davam etdirilməsi barədə razılığa gəliblər”, – Ağ Ev bildirib.
Ağ Ev ABŞ prezidenti Trampla Rusiya prezidenti Putin arasında təxminən 2,5 saatlıq telefon danışığı ilə bağlı yazılı açıqlama verib.
“Hər iki lider bu münaqişənin davamlı sülhlə başa çatması ilə bağlı razılığa gəliblər”, – bəyanatda deyilir.
Bəyanatda Rusiya-Ukrayna müharibəsinin heç vaxt başlamamalı və ya çoxdan bitməməli olduğu bir müharibə olduğu vurğulanaraq, “Liderlər sülhə aparan prosesin enerji və infrastruktur atəşkəslə, eləcə də Qara dənizdə atəşkəsin həyata keçirilməsi ilə başlamalı, tam atəşkəs və daimi sülhə yönəlmiş texniki danışıqlarla davam etdirilməsi ilə bağlı razılığa gəldilər”, – deyilib.
Bəyanatda Yaxın Şərqdə atəşkəslə bağlı danışıqların dərhal başlayacağı bildirilsə də, danışıqların hansı ölkədə aparılacağına dair məlumat verilməyib.
Bildirilib ki, Putin və Tramp ABŞ və Rusiya arasında ikitərəfli münasibətlərin yaxşılaşdırılmasının hər iki ölkənin maraqlarına uyğun olacağı barədə razılığa gəliblər.
“Liderlər Yaxın Şərqi gələcək münaqişələrin qarşısını almaq üçün potensial əməkdaşlıq sahəsi kimi geniş şəkildə danışıblar”. Bəyanatda qeyd olunub ki, liderlər strateji silahların yayılmasının dayandırılması üçün digər ölkələrlə birlikdə çalışacaqlarını bəyan ediblər.
Açıqlamaya görə, iki lider “İran heç vaxt İsraili məhv edəcək mövqedə olmamalıdır” fikrini bölüşüblər.