

Beynəlxalq kredit reytinq agentliyi “Moody's”, “avtomobil sektorunda yaşanan problemlər və Çindən gələn rəqabət” səbəbiylə Alman avtomobil istehsalçısı “Volkswagen”in uzunmüddətli kredit reytinqini “BAA1” səviyyəsinə endirib.
“Moody's”in açıqlamasında son vaxtlar “Volkswagen”in əməliyyat mənfəətinin və pul axınının azaldığı bildirilib.
Bu çərçivədə avtomobil şirkətinin kredit reytinqinin “A3”dən “BAA1”ə endirildiyi, proqnozun mənfidən sabitə dəyişdirildiyi bildirilib.
Alman istehsalçısının əməliyyat mənfəətinin və nağd pul axınının önümüzdəki rüblərdə əhəmiyyətli dərəcədə yaxşılaşmasının gözlənilmədiyi vurğulanan açıqlamada, “Volkswagen”in sektordakı çətinliklər, sıfır tullantılı avtomobillərə keçiddən qaynaqlanan struktur çətinlikləri və Çindən gələn şiddətli rəqabət səbəbiylə fəaliyyətinin təzyiq altında qalacağı vurğulanıb.
“Moody's” də fevralın 21-də yapon istehsalçısı “Nissan”ın kredit reytinqini aşağı salmışdı.