

Tramp: “Harada dayanacağı məlum olmayan böyük güclə cavab verəcəyik”
Ağ Ev: “Onlar minnətdar olmalıdırlar”
FED-in istehsal indeksi mart ayında gözləntilərin altına düşüb
Raşa Alavie Məhkəmə qərarına baxmayaraq ölkədən çıxarılıb
“Ölkəmizə və günahsız insanlara əzab gətirdi”
Fransalı siyasətçi ABŞ-a hədiyyə edilən simvolu tələb edir
İnvestorların qızıla yatırımı “pandemiyanın” fəsadlarıdır
Stiv Vitkof: “Trampla Putinin arasında böyük dostluq var”
Müqəddəs Patrik Gününün 70-ci ildönümü bütün şəhərdə bayram ovqatı yaradıb
ABŞ döyüş təyyarəsi Husilərə zərbələri intensivləşdirir
“18 ballistik və qanadlı raket və bir PUA ilə hədəf aldıq”
Tramp administrasiyasının aqressiv və bəzən balanssız iqtisadi siyasəti ...
O, əks nəticə verə biləcək “qapını üzünüzə çırpmaq” yanaşmasını tətbiq edir
“Atəşkəs çağırışı Ukraynaya öz qüvvələrini yenidən təşkil etmək şansı vermək cəhdidir”
ABŞ beynəlxalq hüququ və əsasını özü qoyduğu qlobal nizamı saymamağa meyl edib
Avstraliyalı nazir: “İlk növbədə ABŞ administrasiyasının nə istədiyini öyrənmək lazımdır”
ABŞ-ın Harvard Universiteti aşağı gəlirli ailələrdən təhsil haqqı tələb etməyəcəklərini açıqlayıb. Təhsil ocağının rəsmi saytında yer alan açıqlamaya görə, ölkənin aparıcı universitetlərindən biri olan Harvard rəhbərliyi universitetin amerikalı orta sinif ailələrinin uşaqları üçün daha əlçatan olması üçün bəzi qərarlar qəbul edib.
Harvard rəhbərliyi illik gəliri 200.000 dollardan az olan ailələrdən təhsil haqqı tələb etməyəcəklərini, illik gəliri 100.000 dollardan az olan tələbələrin təhsil haqqına əlavə olaraq yaşayış, nəqliyyat, yemək xərcləri və sağlamlıq sığortasını da qarşılayacaqlarını açıqlayıb.
Məktəb rəhbərliyi qərarın 2025-2026-cı tədris ilindən qüvvədə olacağını bildirib.
Universitetin prezidenti Alan Qarber bildirib ki, məktəbin maliyyə baxımından daha əlçatan olması bütün tələbələrin perspektivlərini genişləndirəcək və onların intellektual inkişafına kömək edəcək.
Məktəb şurası bildirib ki, bu qərar ABŞ ailələrinin təxminən 86 faizinin Harvardın dəstəyindən faydalanmasına imkan verəcək.