
Çörəyi tapdalamaq
Neftin 80 faizini verən Bakıya “Qəhrəman şəhər” adını qıymadılar
Neftin 80 faizini verən Bakıya “Qəhrəman şəhər” adını qıymadılar
Ukrayna parlamenti “iqtisadi ortaqlıq” müqaviləsini təsdiqlədi
Kansler prezidentə “Almaniyanın hüquqları ilə bağlı gülünc fikirlər yayma” deyəcək
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
ABŞ Müdafiə Nazirinin şifrələri oğurlanıb internetdə yayımlandı
Tramp Baydenin süni intellekt texnologiyasına qoyulan məhdudiyyətləri aradan qaldırmağı planlaşdırır
ABŞ prezidenti ticarət müqaviləsinin anonsunu verdi
“Qırmızı dənizdə gəmilərə hücum etməkdən əl çəkməyəcəyik”
Trampın ikinci prezidentliyi sadəcə revanş deyil
... 43 günə kapitulyasiya edən ölkənin 44 günə təslim olana arxa durması
ABŞ məhkəməsində dünyada bir ilk yaşanıb, yenilik hakimi kövrəldib
ABŞ kəşfiyyatına Qrenlandiya əmri verildi
Tramp ərəb müttəfiqlərinin xətrinə körfəzin adını dəyişdirəcək
Afrika Fransanın əlindən xilas olsa, ...
Əvvəllər işçi olan soydaşlarımız sahibkarlıqdan siyasətə, idmandan elmə qədər hər yerdə çoxalır
İqtisadiyyatı canlandırmaq üçün Pekindən addım
Avropa Parlamentinin (AP) fransalı üzvü Rafael Qluksmann ABŞ-a hədiyyə etdikləri Azadlıq heykəlinin geri qaytarılmasını istəyib. AP Sosialistlər və Demokratlar Qrupunun 45 yaşlı üzvü ABŞ-ın tiranların tərəfini tutduğu üçün 1886-cı ildə Nyu-Yorkda açılan nəhəng heykəlin geri qaytarılmasının lazım olduğunu bildirib.
Ölkəsinin sol mərkəzçi Xalq Meydanının (Place Publique) qurucularından biri olan siyasətçi bazar günü partiyasının keçirdiyi toplantıda təbəssümlə bu sözləri söylədi: “Zalımların tərəfini tutan və elmi azadlıq tələb edən tədqiqatçıları ölkədən çıxaran amerikalılara “Azadlıq Heykəlini bizə geri verin” deyəcəyik. Sizə hədiyyə etmişik, amma deyəsən vecinə deyilsiniz. Onda burada, öz evində olsa, daha yaxşı olar”.
Qluksmanın bu sözlərlə Vaşinqtonun Ukraynaya yardımı kəsmək qərarına işarə edib.
İnşa edildiyi gündən ölkənin simvolu olan Azadlıq Heykəlinin sağ əlində məşəl, sol əlində isə lövhə var.
Planşetdə Müstəqillik Bəyannaməsinin tarixi, 4 iyul 1776-cı il qeyd olunur. Heykəlin başındakı tacın yeddi uclu ucu yeddi qitəni və ya yeddi dənizi simvolizə edir.
Ziyarətçilər postamentlə birlikdə hündürlüyü 93 metr olan heykəlin içərisindən 168 pilləli pilləkənlə məşələ qalxa bilərlər. 1884-cü ildə Fransada heykəl tamamlandıqdan bir il sonra 350 parçaya kəsilərək 214 qutuda Nyu York limanına göndərilib.
Parçalar dörd ay ərzində postament üzərində yenidən yığılan heykəlin 28 oktyabr 1886-cı ildə açılışı olub.
1984-cü ildən YUNESKO-nun Dünya Mədəni İrs Siyahısında olan heykəlin kiçik bir nüsxəsi də Parisdədir.
Fransız siyasətçi Donald Tramp administrasiyası tərəfindən işdən çıxarılacaq şəxslərə də çağırış edib: “Amerikalılara deyəcəyim ikinci şey budur. Əgər siz öz ən yaxşı tədqiqatçılarınızı, yenilik və azadlıq hissi, şübhə və araşdırma axtarışları olan, ölkənizi aparıcı gücə çevirənləri işdən çıxarmaq istəyirsinizsə, biz onları alqışlayacağıq”.