

Alimlər deyirlər ki, tapıntılar gələcək uzunömürlülük tədqiqatlarına məlumat verə bilər
“Biz kimsə olmaq istəmirik, gələcəyimizə özümüz qərar veririk”
Danimarka kəşfiyyatı Avropaya ciddi xəbərdarlıq
Rəsmi Kiyev “F-16”ları qəbul etməyə başlayıb
Alimlərdən pişik saxlayanlar haqda şok araşdırma
Dünyanın ikiüzlü, birrəngli-təsvirsiz, dördkünc olmayan qəribə və Ermənistanın son ümid yeri olacaq rəmzləri
Döymədə işlədilən mürəkkəb bədəni zəhərli toksinlərdən qoruyan limfa düyünlərinə gedib çıxır
Azərbaycan 74-cü yerdədir
Terrorizm qlobal iqtisadiyyata 14.3 trillion dollar bahasına başa gəlib
Farer adaları və Qrenlandiya ərzaq sanksiyalarından azaddır
Parlamentin ən yaşlı üzvü ilə gənc üzvü arasında ...
İlk yerləri Danimarka, Belçika və Fransa vətəndaşları tütür
Murad Arif: «Əvvəllər bu müsabiqə bizim üçün yenilik idi və əlçatmaz görünürdü»
Rusiya Krıma görə müsabiqədən uzaqlaşdırıla bilər
Cənubi Danimarka Universitetinin yeni araşdırmasına görə, döyməsi olan insanlarda dəri və qan xərçəngi riski, olmayanlara nisbətən daha yüksək ola bilər.
Son tədqiqatlar göstərir ki, döymə mürəkkəbi yalnız vurulduğu dərinin səth qatlarında qala bilməz, həm də potensial olaraq immunitet sisteminin limfa düyünlərinə miqrasiya edə və orada toplana bilər.
Ancaq döymə mürəkkəbinin mikrobla mübarizə aparan hüceyrələrin olduğu limfa düyünlərində xroniki iltihabı nə dərəcədə qıcıqlandırdığı bilinmir.
Yığılmış mürəkkəbin anormal hüceyrə artımına səbəb olub-olmadığı və beləliklə də xərçəng riskini artırıb-artmadığı da aydın deyil. Universitetdən Henrik Frederiksen, “Biz hələ bilmirik ki, bu daimi yük limfa düyünlərinin funksiyasını pozacaq, yoxsa sağlamlığa başqa təsirləri olacaq”.
“BMC Public Health”də dərc edilən son araşdırma, ölkədəki 5900-dən çox əkiz haqqında sağlamlıq məlumatlarını toplayan “Danish Twin Tattoo Cohort”un məlumatlarını təhlil edərək döymə və xərçəng arasındakı əlaqəni araşdırıb. Universitetdən biostatistik Yakob von Bornemann Hjelmborq, “Bizim yanaşmamızın unikal cəhəti ondan ibarətdir ki, birində xərçəng olan, lakin bir çox genetik və ətraf mühit faktorlarını paylaşan əkiz cütləri müqayisə edə bilərik”, – deyib.
Tapıntılar göstərir ki, 5 sm-dən ölçüsündən iri döymələr sağlamlıq üçün daha böyük risklər yarada bilər. “Həm dəri xərçəngi, həm də limfoma üçün, bir əlin ovucundan daha böyük döymələr üçün risklərin artdığı aşkar edilib”, – Hjelmborq deyib. Böyük döymələri olan insanlar, döymələri olmayanlara nisbətən limfoma riski üç dəfə yüksək ola bilər.
Yeni tədqiqatın müəlliflərindən biri Siqne Bedsted Klemmensen deyir: “Bu, döymənin nə qədər böyük olduğunu və orada nə qədər uzun müddət qaldığını göstərir ki, limfa düyünlərində bir o qədər çox mürəkkəb toplanır”.
Tədqiqatçılar ümid edirlər ki, gələcək tədqiqatlar döymə mürəkkəbinin immunitet sisteminə təsirlərini aşkar etməyə kömək edəcək və bu mexanizmlərin daha yaxşı başa düşülməsinə səbəb olacaq.
Onlar mürəkkəb hissəciklərinin molekulyar səviyyədə limfa düyünlərinin fəaliyyətinə necə təsir etdiyini və müəyyən mürəkkəb rənglərinin sağlamlıq risklərinə daha çox səbəb olub-olmadığını öyrənmək üçün tədqiqatlar aparmağı planlaşdırırlar.
“Biz onilliklər ərzində mürəkkəb hissəciklərinə məruz qaldıqda limfa düyünlərində baş verənlərin bioloji mexanizmlərini daha yaxşı başa düşmək istəyirik”, – Klemmensen deyib.
“Bu, bizə real sağlamlıq riskinin olub olmadığını və onu azaltmaq üçün nə edə biləcəyimizi qiymətləndirməyə kömək edə bilər”.