
Böyük dövlətin cılız prezidenti
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
... 43 günə kapitulyasiya edən ölkənin 44 günə təslim olana arxa durması
Afrika Fransanın əlindən xilas olsa, ...
Əvvəllər işçi olan soydaşlarımız sahibkarlıqdan siyasətə, idmandan elmə qədər hər yerdə çoxalır
Fransanın daxili işlər naziri: “Universitetlərdə hicabın qadağan edilməsini istəyirik”
Kanadadan vətəndaşlarına Fransa xəbərdarlığı: “Getməyin!”
Parisin ən bahalı məhəlləsi bəlli oldu
Fransa məktəblərində isə polis yoxlamaları artırıldı
Fransada korrupsiyada günahkar bilinən meri istefa verəcək
Fransa hökuməti gördüyündən göz kirəsi istəyir
“Makron amerikalılardan əvvəl öz elm adamlarına diqqət yetirməlidir”
Araqçı üç ölkəni xüsusi siyasətlərinə görə günahlandırıb
Fransa xəstəxanalar azyaşlı uşaqlarla dolub
İspaniyada elektrik qiymətləri 10 dəfəyə yaxın artdı
Parislə Tel-Əviv arasında diplomatik qalmaqal
Dolub-daşan Fransa həbsxanaları ilə bağlı indiyə qədər görülməmiş qərar
Fransada bəzi şəhərətrafı ərazilər artan zorakılıq və dəstələr səbəbindən polis üçün keçilməz hala gəlir. Cinayətlərin sayı artmaqda davam edərkən təhlükəsizlik qüvvələri bu ərazilərdə patrul etməkdə çətinlik çəkir.
Fransanın böyük şəhərlərində bəzi şəhərətrafı ərazilər təhlükəsizlik qüvvələri üçün getdikcə daha təhlükəli hala gəlir. Xüsusilə Paris, Lyon və Marsel kimi şəhərlərin ətrafındakı məhəllələrdə polis qrupları hücuma məruz qalma riski səbəbindən əməliyyat keçirməkdən yayınır. Dəstələrin, narkotik alverinin və mütəşəkkil cinayətkarlığın artması ilə bu bölgələrdə dövlət nəzarəti zəifləyib.
***
Fransa polis həmkarlar ittifaqının məlumatına görə, bəzi şəhərətrafı qəsəbələrdə polis maşınlarına daş və benzin ilə hücumlar adi hala çevrilib. Polislər müəyyən məhəllələrə daxil olarkən ağır silahlı qrupların təhdidləri ilə üzləşirlər. Xüsusilə gecə saatlarında polis patrullarının bu ərazilərə daxil olması demək olar ki, qeyri-mümkün hala gəlib.
Son illərdə Sen- Deni, Villnev-la-Qarenn, Trappes və La Curnev kimi bölgələrdə polis və jandarma qruplarına hücumlar qeydə alınıb. Bəzi hallarda polis müdaxilə etməkdə çətinlik çəkib və hadisə yerindən geri çəkilməyə məcbur olub.
***
Fransa hökuməti bu şəhərətrafı ərazilərdə təhlükəsizliyi təmin etmək üçün vaxtaşırı xüsusi əməliyyatlar təşkil etsə də, dəstələr və cinayətkarlıq ucbatından vəziyyət daha da pisləşir. Ekspertlər bildirirlər ki, polisin bu məhəllələrə girə bilməməsi yerli əhalini cinayətkar qrupların təzyiqi altına salır və dövlətin nüfuzunu zəiflədir.
Son illərdə artan immiqrasiya dalğaları, iqtisadi çətinliklər və sosial parçalanma bu bölgələrdə cinayət nisbətlərini artıran əsas amillərdəndir. Fransa ictimaiyyəti hökumətin bu məhəllələrdə hansı strategiyaya əməl edəcəyini maraqla gözləyir.
Belə çıxır ki, Lyuk Bessonun 2 seriyadan ibarət məşhur “13-cü rayon” filmi reallaşır.