

Ottava Dəməşqə səfir göndərəcək
Ankara üçün yaxın perspektivdə əhəmiyyətli gedişatlar olduğu kimi, risklər də var
ABŞ və Rusiya BMT Təhlükəsizlik Şurasının iclasını çağırıb
Barışığa təzə inanıb özlərini cilovlamışdılar, yeni üsyan çıxdı
İŞİD yaraqlısı Məhəmməd Şərifullah ABŞ-da mühakimə olunur
Əsas şübhələr İranın üzərinə yönəlir
Baas rejiminin tör-töküntülərinə qarşı əməliyyat – ən azı 11 ölü
Böyük Britaniyanın Suriya qərarı ...
Rusiya Suriyada hərbi və iqtisadi təsirini artırmağa çalışır
“İran İraq və Suriyada yüksək bədəl ödədi”
20 nəfərin qalıqları tapılıb
ABŞ ordusu Suriya Hürrəsəddin qruplaşmasının liderini məhv etdiyini açıqladı
“Səhv addımlar atılarsa, geri qaytara bilərik”
PKK-nın Türkiyə qanadı Suriya hökumətinin tələblərini qəbul edib
Rejim xadimlərinin aktivlərinin dondurulması davam edəcək
Bəşər Əsədin qaçışının təfərrüatını oğlu Hafiz Əsəd açıqladı
İraq və Suriya İslam Dövlətinin (İŞİD) lideri “Əbu Xədicə” kod adlı Abdullah Maki Müslih ər-Rifai İraqın qərbindəki Ənbar əyalətində hava hücumu nəticəsində məhv edilib.
İraqın baş naziri Məhəmməd Şia əl-Sudaninin verdiyi açıqlamada İŞİD liderinin milli kəşfiyyat və ABŞ-ın rəhbərlik etdiyi koalisiya qüvvələrinin birgə əməliyyatı nəticəsində öldürüldüyü bildirilib.
“X” platformasındakı hesabında yazılı açıqlama yayan Sudani, kod adlı “Əbu Xədicə” adlı yaraqlının təşkilatın xəlifə müavini və dünyanın ən təhlükəli terrorçularından biri olduğunu ifadə edərək, “İraq xalqı qaranlıq terrorçu qüvvələrə qarşı qələbələrini davam etdirir”, – yazıb.
Adının açıqlanmasını istəməyən bir təhlükəsizlik rəsmisi ərəb mediasına bildirib ki, əməliyyat Ənbar vilayətində hava hücumu ilə həyata keçirilib.
Əməliyyat İraq rəsmilərinin Suriyada Bəşər Əsəd hökumətinin süqutundan sonra İŞİD-in yenidən dirçəlməsindən narahatlığının artdığı bir vaxta təsadüf edib.
Bəzi məmurlar düşünürlər ki, ölkədəki təhlükəsizlik strukturu dağıdıla bilər və İŞİD yenidən üzə çıxmağa fürsət tapa bilər.
Birləşmiş Ştatlar və İraq ötən il ABŞ-ın rəhbərlik etdiyi koalisiyanın İraqdakı hərbi missiyasını 2025-ci ilin sentyabrına qədər mərhələli şəkildə dayandırmaq barədə razılığa gəliblər və ABŞ qüvvələri 20 ilə yaxındır yerləşdikləri bəzi hərbi bazaları geri çəkməyə başlayıblar.
İraqın siyasi liderləri bu razılaşma əldə edildikdən sonra İŞİD təhlükəsinin nəzarət altına alınacağını və qalan İŞİD hücrələri ilə mübarizədə Vaşinqtonun dəstəyinə ehtiyac qalmayacağını bildiriblər.
Ancaq dekabr ayında Suriyada Əsəd rejiminin devrilməsi ilə bu fikirlə bağlı sual işarələri meydana çıxdı. İraqın baş naziri Sudanini hakimiyyətə gətirən və əsasən İranyönlü şiə partiyalarından ibarət olan Koordinasiya Çərçivəsi alyansının bəzi üzvləri ABŞ-ın geri çəkilməsi ilə yaranacaq təhlükəsizlik boşluğundan “narahat olduqlarını” söyləməyə başlayıblar.