
İŞİD xaosdan bəhrələnmək istəyir
Terror təşkilatı Suriya və İraqda yenidən təşkilatlanır
Terror təşkilatı Suriya və İraqda yenidən təşkilatlanır
Tom Barak: “Bu gün bizim maraqlarımız üst-üstə düşür”
Uşaqların mübahisəsi kütləvi toqquşmaya çevrildi
İtkin düşən ABŞ jurnalisti Əsəd rejimi tərəfindən həbs edilib
Suriya yenidən vətəndaş müharibəsi astanasındadır
Kürd yaraqlıları inteqrasiyadan kənarda qalacaq
Edam edilən İsrail agentinin arxivini oğurladılar
AB Suriyaya qarşı bütün iqtisadi sanksiyaları ləğv edir
Eyni məhəllədə yaşayan ailələr düşməndir
ABŞ Senatında vətəndaş müharibəsi xəbərdarlığı
İlk nəticələr bank və kommersiya sektorlarında görünəcək
Beş terrorçu lider getdikləri yerdə həbs olunacaq
Hələbdəki sığınacaqlarda silahlar və bombalar ələ keçirilib
2 ölkə 15,5 milyon dolları ödədi
Dəməşq Tartus limanı üçün BƏƏ ilə müqavilə imzaladı
İsrail və Suriya Türkiyənin iştirakı ilə Azərbaycanda danışıqlar raundu keçirib
Suriyadakı ələvilər evlərindən silah gücünə zorla çıxarıldıqlarını deyirlər. “Reuters” xəbər verir ki, dekabr ayında Təhrir əl-Şamın (HTŞ) hakimiyyəti ələ keçirməsindən bəri təhlükəsizlik qüvvələri yüzlərlə ələvini Dəməşqdəki evlərindən zorla çıxarılıb.
Adının açıqlanmasını istəməyən iki hökumət rəsmisi Dəməşqdə əksəriyyəti ələvi olan minlərlə insanın evlərindən qovulduğunu bildirib.
Hakimiyyət bu insanların əksəriyyətinin ictimai vəzifələrinə görə dövlət tərəfindən ayrılmış mənzillərdə yaşadığını və artıq işləmədikləri üçün orada qalmaq hüququnu itirdiklərini bildirir.
Adının açıqlanmasını istəməyən Dəməşq ətrafında bir ələvi bələdiyyə sədri bildirib ki, mart ayında 2000 ailədən 250-si qovulub.
Mer həmçinin Bəşər Əsədin devrilməsindən sonra HTŞ tərəfindən yaradılmış Baş Təhlükəsizlik Xidmətinin (GSS) rəsmisi ilə görüşünü də danışır. İddiaya görə, telefon danışığında GSS rəsmisi bələdiyyə sədrindən bir ailə üçün boş ev tapmasını istəyib və kirayə mənzillərin olmadığı cavabını aldıqdan sonra ondan ələvilərdən bir ailəni evdən çıxarmasını tələb edib.
Üç yüksək rütbəli GSS rəsmisi Əsəd rejimi ilə əlaqəsi olduğu düşünülən insanlara məxsus mülkləri idarə etmək üçün iki komitənin yaradıldığını bildirib. Bildirilir ki, komitələrdən biri ələkeçirmə əməliyyatlarına, digəri isə şikayətlərin qiymətləndirilməsinə cavabdehdir.
Hesabatda deyilir ki, Suriya prezidenti Əhməd Şaraanın təxliyələrdən nə dərəcədə xəbərdar olduğu və ya komitələrə nəzarət edib-etmədiyi barədə dəqiq məlumat yoxdur.
Dəməşqin Dahyet al-Asad məhəlləsində yaşayan dörd uşaq anası Um Hüseyn iddia edir ki, yanvar ayında iki maskalı və silahlı şəxs onun evinə gələrək GSS üzvü olduqlarını bildirib və mülkü boşaltmaq üçün onlara cəmi iki dəqiqə vaxt verib.
Ertəsi gün dükanlarının da eyni şəxslər tərəfindən ələ keçirildiyini iddia edən Hüseyn, "22 ildir bu evdə yaşayırıq, bütün əmanətlərimizi bura yatırmışıq. Başqa yerə kirayə gedı bilmərik", – deyib.
Suriyalı Ələvi Refa Mahmud da iddia edir ki, 7 silahlı şəxs fevralın 20-də evinə gələrək 15 il əvvəl aldıqları mülkləri boşaltmasalar, onu və ailəsini öldürəcəkləri ilə hədələyiblər.
“Reuters” yazır ki, basqınlar zamanı ələvi vətəndaşlar heç bir məhkəmə qərarı olmadan zorla evlərindən çıxarılıb.
Mart ayında Suriyada ələvi əhalisinin sıx məskunlaşdığı Latakiya və Tartusda toqquşmalar baş verib. Böyük Britaniyada yerləşən Suriya İnsan Haqları Müşahidə Qrupu (SOHR) təxminən 1600 nəfərin Dəməşqin dəstəklədiyi milislər tərəfindən öldürüldüyünü iddia edib. Onların 600-dən çoxunun mülki şəxs olduğu bildirilib. Hücumların Əsəd rejiminin tərəfdarları tərəfindən törədildiyini deyən Şara, iddiaları rədd edərək, hadisə ilə bağlı araşdırma başlandığını və bütün məsuliyyət daşıyanların cəzalandırılacağını açıqlayıb.