
... ABŞ HTŞ-i qara siyahıdan çıxarıb
Suriyaya qarşı sanksiyaların ləğvindən sonra ...
Suriyaya qarşı sanksiyaların ləğvindən sonra ...
Ulduzların sayı artırılıb, buğda sünbülləri çıxarılıb
Livan terror təşkilatı ilə tam bacara bilmir
İsrail və Suriya arasında təmas
Buğdada məhsuldarlıq iki dəfə azalıb, ölkənin ərzaq təhlükəsizliyi risk altında
Dəməşqdə baş verən terror aktında zərərçəkənlər haqda məlumat verilməyib
Dəməşq kilsəsinə bombalı hücum
Suriyanın diktator prezidentinin əmisi oğlu axtarışda idi
Terror təşkilatı Suriya və İraqda yenidən təşkilatlanır
Tom Barak: “Bu gün bizim maraqlarımız üst-üstə düşür”
Uşaqların mübahisəsi kütləvi toqquşmaya çevrildi
İtkin düşən ABŞ jurnalisti Əsəd rejimi tərəfindən həbs edilib
Suriya yenidən vətəndaş müharibəsi astanasındadır
Kürd yaraqlıları inteqrasiyadan kənarda qalacaq
Edam edilən İsrail agentinin arxivini oğurladılar
AB Suriyaya qarşı bütün iqtisadi sanksiyaları ləğv edir
Haaqada yerləşən Kimyəvi Silahların Qadağan edilməsi Təşkilatı Suriyada kimyəvi silahların saxlanıldığı yüzdən çox obyektin ola biləcəyini bildirir. Məsələ ilə bağlı xəbər verən “The New York Times” (NYT) 2024-cü ilin dekabrında devrilmiş Bəşər Əsədin hakimiyyəti dövründə kimyəvi silah araşdırması və istehsalı üçün istifadə edildiyi düşünülən bəzi obyektlərin mağara kimi gizli yerlərdə olduğunu bildirib. Bu ərazilərdə sarin, xlor və xardal qazı kimi ölümcül kimyəvi silahların ola biləcəyi vurğulanır.
"Əvvəlki administrasiya Kimyəvi Silahların Qadağan Edilməsi Təşkilatına yalan danışdığı üçün bilinməyən bir çox yer var”, – deyə, Ağ Dəbilqəlilər kimi tanınan Suriya Mülki Müdafiə rəhbəri Raid Salih bildirib.
Amerika qəzetinə danışan ekspertlər bu silahların radikal təşkilatların əlinə keçəcəyindən narahat olduqlarını bildiriblər.
Ötən ay Suriyanın xarici işlər naziri Əsəd Həsən Şeybani Kimyəvi Silahların Qadağan Edilməsi Təşkilatının Haaqadakı mənzil-qərargahına baş çəkərək, Əsəd rejiminin kimyəvi silah proqramından qalan hər şeyi beynəlxalq hüquqa uyğun olaraq məhv edəcəklərini açıqlamışdı.
Suriya 2013-cü ildə Dəməşq yaxınlığındakı Qutada yüzlərlə insanın ölümü ilə nəticələnən qırğından sonra kimyəvi silahlarından imtina etməyə razılaşıb. Bununla belə, Əsəd administrasiyası sonrakı illərdə də analoji hadisələrdə ittiham olunurdu.
HTŞ-nin rəhbərlik etdiyi təşkilatların idarəçiliyini ələ keçirən İsrail oradakı kimyəvi silahların özü üçün təhlükə yaratdığını iddia edərək, Suriyadakı obyektlərə hücum edib. Digər tərəfdən, Tel-Əvivin hədəf aldığı yerlərdə əslində kimyəvi silahların olub-olmadığı məlum deyil.