

Klubun bazası Türk Hava Yollarının adını daşıyacaq
Onlardan 51.3 faizi AZAL-ın payına düşür
«Təyyarə müayinədən tam keçməlidir ki, ...»
İstanbul hava limanında TGS-nin əməkdaşı Əli Çəlikten İstanbul-Afina reysi ilə uçan Türk Hava Yollarına (THY) məxsus təyyarənin yük anbarında unudulub. Afinaya uçan THY təyyarəsinin yük anbarında unudulan gənc bir saata yaxın -25 dərəcədə temperaturda qalıb.
Hadisə komanda yoldaşlarının bunu sonradan fərq etməsi ilə üzə çıxıb və təyyarə Yunanıstan hava məkanından geri çevrilərək İzmir Adnan Menderes hava limanına məcburi eniş edib.
Təyyarə təcili eniş edərkən heyət baqaj bölməsini açıb və Ali Çelikteni az qala donmuş vəziyyətdə görüblər. Dərhal müdaxilə edən tibb qrupları soyuqdan təsirlənən işçini həyata qaytarıb.
Çelikten sosial mediada paylaşdığı açıqlamada, “Xaricə getmək fikrim var, amma bu şəkildə deyil. Mən təyyarədə unuduldum. Bu vəziyyətdə mənim şanslığım telefonumun şarjda olması idi. Gecə növbəsindən təzə çıxdığıma görə, telefonumun enerjisi bitmişdi. Bütün gecə telefonum yanımda olduğu üçün bədənimin istiliyindən onun batareyası tez boşaldı. O vəziyyətdə mənim əlacsızlığımı təsəvvür edirsiniz?”