vaxtlı-vaxtında oxuyun! Cümə, 9 may 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Babək Xürrəmi (798 - 838)

«Əgər qılınc pas atıbsa, deməli sahibi ölübdür»

Babək Xürrəmi (798 - 838)
ELM-TEXNİKA  
Yerə qayıdırlar 15:57 | 17 mart 2025 | Bazar ertəsi Məqaləyə 193 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Yerə qayıdırlar

ABŞ astronavtlarının 9 aydan sonra planetə dönüşləri canlı yayımlanacaq

Orxan MİRZƏYEV

MÖVZU İLƏ ƏLAQƏLİ

Amerikalı astronavtlar Butç Uilmor və Sani Uillyams Beynəlxalq Kosmik Stansiyada (BKS) doqquz aydan çox qapalı vəziyyətdə qaldıqdan sonra Yerə qayıdırlar. NASA, iki astronavtı sabah axşam “SpaceX Crew Dragon” vasitəsi ilə geri gətirəcəyini açıqladı.

NASA astronavtlar üçün planlaşdırılan eniş vaxtını yeniləyərək, onların sabah axşam saat 23:57-də Florida sahillərində dənizə enəcəklərini açıqlayıb. Daha əvvəl çərşənbə gününə planlaşdırılan eniş daha uyğun hava şəraiti ilə əlaqədar olaraq irəli çəkilib.

Uilmor və Uilyamsı NASA astronavtı Nik Heyq və Roskosmos kosmonavtı Aleksandr Qorbunov müşayiət edəcək. Kapsul qapaqlarının bağlanmağa başlayacağı bu axşamdan etibarən dönüş səfəri canlı yayımlanacaq.