

Vətəndən kənarda bayramın abu-havası fərqlidir
Novruzun ilk çərşənbəsi bu dəfə tarixin güzgü ilə bölündüyü günə tən gəlib
Torpağın köksündən bahar cücərtiləri çırtdayır
Dəniz kənarında bayram şənliyi keçiriləcək
İlaxır çərşənbələrdən birincisi
4 faizlik endirim də bu yandan
Azərbaycan Su çərşənbəsini qeyd edilir
500-dək dustaq Novruz bayramını evində keçirə bilər
İranlı turistlər Novruz bayramında niyə Azərbaycanı seçdi?
Vahid Əhmədov: «Qiymətlərin qalxması faktdır»
İlham Əliyev: «Azərbaycan heç vaxt indiki qədər güclü olmayıb»
Novruzun savabı minillər adladaraq bu günümüzə çatdırdığı dualardadır
Maliyyələşmə başa çatıb
Bahar gəlir
Komissiyanın iclası keçirilib
Prezident Azərbaycan xalqını təbrik etdi
Qədimdə milli geyimlərimizdə qurşaq olurdu. Qurşaq toqqanı əvəz edən bir geyim növü olaraq belə bağlanırdı və bayram günləri asanlıqla həm bacadan rahat salana həm də qapı arxasına qoyula bilinərdi. Zamanla Qurşaq milli geyimdən çıxdıqca onu dəsmal, torba, balaca xurcun əvəz edib.
Bu torba ən doğma adamların qapısına atılardı. Onların arasına bayram payı qoyulardı. Çox vaxt atılan dəsmal yaxud torba boş qalmazdı. Bu adət folklorda Lənkəran bölgəsində “dəsmalatdı”, Qarabağ bölgəsində “torba”, Salyan-Neftçala bölgəsində “Qurşaqatdı” kimi qalıb.
Qədimdə, eləcədə Sovet hökuməti qurulana qədər Papaq yalnız o qapıya atılırdı ki, o qapıda yaşı 18-i keçən və ailə həyatına hazır olan qızlar yaşayırdı. Özü də hər qapıya papaq atılmazdı. O dövrdə qızlar öz məhəllələrində bir evə toplanardılar, müxtəlif adətləri icra edirdilər və eyni zamanda niyyət tuturdular.
Ailə qurmaq istəyən oğlanlar papaq atırdılar qızların yığışdığı yerə və gələcək həyat yoldaşlarını seçirdilər. Çünki papaq atılan zaman onun içinə bayram payı qoyduqdan sonra oğlanlar evə dəvət edilirdi, süfrə salınırdı və həmin süfrə başında oğlanlar gələcək həyat yoldaşların seçir və öz ailələrinə hansı qızla evlənmək istədiklərin deyirdilər.
Papaq atan gənc də qızın ailəsinə mən bu ailəni namusum bilib onları qoruyacam işarəsini verirdi.
Həmin papaq da toy günü, qız bəyin evinə aparılanda onun başına qoyulurdu və kişilərin bellərinə bağladığı qurşaq bağlanırdı. Gəlinin başına papaq ona görə qoyurlar ki, oğlan evinə gedəndən sonra oğlan – başıpapaqlı – doğsun və qurşaq bağlamaqdan məqsəd budur ki, biz qızı göndərdik oğlan evinə bir (bağlı), qurşaq kimi.