

2027-ci ildə dünyanın sonunu proqnozlaşdıran 900 illik kitab yenidən gündəmə gəlib
Gavurlarda vəziyyət bəllidir, bəs bizdə?
Russonun bəhs etdiyi cəmiyyətin bildiyi və arzuladığı əsas dəyərlərə bağlı olmalıdır
Kim kiminlə rəqabət aparır?
Niyə gömrük və polis akademiyamız var, amma vergi yoxdur?...
O, sadəcə, qaydalar, hərflər və durğu işarələri toplusudur
Vilayət Eyvazov nazir postunda ilk əməliyyat müşavirəsini keçirdi
Vilayət Eyvazov Azərbaycanın daxili işlər naziri təyin olundu
Tanınmış mağazalar şəbəkəsi məşhur brendləri saxtalaşdırıraraq müştəriləri aldadırmış
FHN və DİN əməkdaşları hadisə yerində
«Oğlum polis tərəfindən işgəncə ilə öldürülüb»
Din faktorunda Azərbaycan cəmiyyətinin qardaş türkiyəlilərlə fərqi …
Din xadimlərinə maaş ödəməklə problemlər çözüləcəkmi?
Daxili Qoşunların qərargah rəisi istefaya göndərildi
Rəsul Mirhəşimli: «Azərbaycandakı ateistlər ancaq müsəlmanlara qarşı yönəliblər»
Hacı Məmmədovun bacısı jurnalistləri qınadı: «Nəyinizə lazımdır Hacının qəbri, axtarmayın!»
DİN 2024-cü ildə baş verən kiber talamalar üzrə vəziyyəti açıqlayıb. Statistika acınacaqlıdır.
Kiber cinayətlərin həyata keçirilməsi yolları üzrə əsas xarakteristikalar aşağıda verilib.
Müşahidələr göstərir ki, qonşu ölkələrdə olduğu kimi bizdə də eyni ssenarilər üzrə kiber talamalar həyata keçirilir:
1. Xarici kiber müdaxilələrlə toplam 16804 fakt üzrə bank kartlarından 22 milyon manatdan artıq vəsait talanıb
2. Saxta link-keçidlərlə 1027 fakt üzrə 2.043.896 manat,
3. Alış-veriş səhifələrindəki elana görə zəng edib şəxsi məlumatları əldə etməklə 411 fakt üzrə 1.196.786 manat,
4. Özünü bank əməkdaşı kimi təqdim edib şəxsi məlumatları əldə etməklə 290 fakt üzrə 598.048 manat və s.
Həmçinin mobil telefona kiber müdaxilə yolu ilə, bankomatdan pul çıxarılmasına kömək adı ilə, alış-veriş saytlarında müxtəlif əşya satışı ilə , oğurlanmış və itirilmiş kartlar vasitəsilə, lotoreya, qumar oyunları və digərlərində qazanc əldə edəcəyi vədi ilə daha çox kiber dələduzluqlar baş verib.
Statistika göstərir ki, kiber cinayətlər əsasən vətəndaşın bank kartına aid şəxsi məlumatların xaricdə olan naməlum şəxslər tərəfindən ələ keçirilməsi nəticəsində baş verib.
Saxta xarici nömrələrdən, profil və səhifələrdən naməlum şəxslərin tələblərinə, təkliflərinə, vədlərinə inanan bank kart sahibləri onunla danışan, yazışan naməlum şəxsin niyyətlərini yoxlamadan, araşdırmadan şəxsi məlumatlarını veriblər, şübhəli linklərə keçid ediblər.
Bir daha biz də vətəndaşlara çağırış edirik, şəxsi məlumatlarla, daxil olan təkliflər və mesajlarla, bank kartı ilə əlaqəli məsələlərdə diqqətli olsunlar.
Düşünürəm ki, Banklar daha ciddi tədbirlər görməlidir. Dələduzluqla üzləşən vətəndaşlarla real vaxt rejimində əlaqə mexanizmləri yaradılmalıdır.
Banklar bu istiqamətdə maarifçilik işlərinə daha çox resurslar ayırmalıdır .
Son zamanlar DİN-in Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi ilə Bankların real vaxtda informasiya mübadiləsinə əsaslanan işbirliyi xeyli faydalı olub .
Düşünürəm ki qonşu ölkələrin təcrübəsini nəzərə alaraq bu əməkdaşlıq müstəvisinə mobil operatorların da cəlb edilməsi çox faydalı olardı.