vaxtlı-vaxtında oxuyun! Bazar ertəsi, 17 mart 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Vətənpərvərlik insanın daxilindəki duyğulardır. Əgər bunlar yoxdrusa, o insan mənəviyyatsızdır»

Heydər Əliyev (1923 - 2003)
GÜNDƏM  
15:12 | 17 mart 2025 | Bazar ertəsi Məqaləyə 15 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Atan kazaklardır...”

Sülh prosesini ləngitməyə çalışan tərəf məhz Rusiyadır

Bəybala MİRZƏYEV

MÖVZU İLƏ ƏLAQƏLİ

Martın 16-da Ermənistanın gün ərzində üç dəfə təxribat törətməsinin, ərazilərimizi atəşə tutmasının pərdəarxası təhrikçisi, motivatoru, “dirijor”u kimdir? Onsuz da kövrək olan sülh prosesini kim(lər) pozmaq istəyir?

Bəziləri bunu dərhal, isti-isti Fransa ilə əlaqələndirməyə çalışır, təxribatların məhz Nikol Paşinyanın Makronla telefon danışığından sonraya təsadüf etdiyini iddia edirlər.

Hərçənd ki, bu, olduqca tələm-tələsik qiymətləndirmə, səthi yanaşmadır. Stereotiplərdən, klişelərdən çıxış etmək adəti yanlış qiymətləndirməyə səbəb olur, hədəfi tapmağa əngəl yaradır.

Bəli, Makron Fransası yaramaz ölkədir, təxribatçıdır, hər fürsətdə anti-Azərbaycan mövqeyindən çıxış edir. Lakin Ermənistanın ötən gün törətdiyi təxribatlarda Fransanın dəst-xətti görünmür.

Bu dəfə eskalasiyaya ən çox can atan, sülh prosesini ləngitməyə çalışan tərəf məhz Rusiyadır. Ötən gün mövqelərimizin atəşə tutulması da Rusiyanın klassik üslubuna uyğundur. Kreml Cənubi Qafqazda sülh sazişinin imzalanmasının Ukrayna məsələsinin nizama salınmasından öncə baş tutmasını istəmir. Əsas səbəb budur.

Rusiyadan fərqli olaraq, Fransa isə (hər nə qədər təəccüblü görünsə də) Ermənistanla Azərbaycan arasında yeni eskalasiyanın baş verməsində yox, məhz yekun sülh sazişinin mümkün qədər tez imzalanmasında maraqlıdır.

Bunu Fransa prezidentinin martın 13-də Azərbaycan və Ermənistan arasında sülh sazişinin mətni ilə bağlı danışıqlar prosesinin yekunlaşması xəbərinə verdiyi çevik və pozitiv reaksiyadan da görmək mümkündür. Bir sıra ölkələr bu xəbərə XİN səviyyəsində reaksiya verdikləri halda, Makron isə özü şəxsən məsələyə münasibət bildirmiş və Ermənistanla Azərbaycan arasında danışıqların yekunlaşdırılmasını alqışlamışdı.

“Ermənistan və Azərbaycan arasında danışıqların yekunlaşdırılması barədə elanı alqışlayıram. Artıq Ermənistan və Azərbaycan arasında Cənubi Qafqazda davamlı sülhə yol açmalı olan sülh sazişinin imzalanmasına heç nə mane olmur”.

Təsadüfi deyil ki, Makronun olaya bu cür pozitiv reaksiyası Ermənistanın ultramillətçi, irqçi, rusiyapərəst müxalifət dairələrinin ciddi etirazına səbəb olub. Azərbaycanla Ermənistan arasında sülhün əleyhinə çıxış edən Vladimir Poqosyan adlı qatı erməni şovinisti isə bu bəyanatına görə hətta Makronu təhqir də etdi.

Maraqlıdır, 44 günlük İkinci Qarabağ müharibəsindən etibarən açıq şəkildə Ermənistanın yanında yer alan və ardıcıl surətdə anti-Azərbaycan mövqeyindən çıxış edən Fransa prezidenti, bəs, indi nədən birdən-birə bu qədər kəskin dönüş edərək sülh prosesini alqışlamaq, yekun sülhü təşviq etmək xəttini seçdi?

Burada heç şübhəsiz ki, dünyada baş verən köklü geosiyasi dəyişikliklərin də, Trampın Rusiya-Ukrayna sülh prosesi kontekstində Avropaya qarşı tuttduğu sərt mövqenin yaratdığı yeni reallıqların da bəlli təsirləri istisna deyil. Lakin əsas amil isə Makronun Azərbaycanla Ermənistan arasında sülhə nail olunmasının konkret olaraq Fransa üçün ortaya çıxara biləcəyi dividentlərlə, faydalarla bağlıdır.

Türkistan (Mərkəzi Asiya) ölkələri ilə sərfəli iqtisadi anlaşmaların məhz Azərbaycan üzərindən həyata keçirilməsinin qaçılmaz olduğunu dərk edən Fransa prezidenti artıq ənənəvi toksik siyasətindən əl çəkmək və Azərbaycanla normal, adekvat münasibətlər qurmaq vaxtının gəldiyini hiss etməyə, anlamağa başlayıb. Makron Zəngəzur dəhlizinin gec-tez açılacağı faktı ilə də barışıb. Ona görə də Fransa lideri hazırda taktikanı dəyişərək bu prosesdən maksimum qazanclı çıxmağa üstünlük verir.

Bu baxımdan, ötən gün Ermənistan tərəfindən mövqelərimizin ard-arda atəşə tutulmasında Fransa “iz”i axtarmaq səmərəsizdir. Zənnimcə, biz bu dəfə səbəbkarı Paris yox, Moskva istiqamətində axtarmalıyıq.

P.S. O ki qaldı Nikol Paşinyanın Azərbaycan və Ermənistan arasında “Sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında Saziş” layihəsinin mətni üzrə işlərin yekunlaşması barədə Makrona zəng vurub onu məlumatlandırmasına, xatırlatmalıyıq ki, o, bundan əvvəl analoji qaydada Putinə və Pezeşkiana da zəng vurmuşdu. Yəni ki, sözügedən təxribatları eyni qaydada Rusiya və İranla da əlaqələndirmək üçün məntiqi əsas var.

P.P.S. Rəhmətlik dramaturqumuz Cəfər Cabbarlının məşhur “1905-ci ildə” dramındakı “Atan kazaklardır” ifadəsi ilə həmin vaxt çar Rusiyası tərəfindən erməni və azərbaycanlıların bir-birilə vuruşdurulmasına işarə etməsi bu gün də öz aktuallığını saxlayır.


   

MÜƏLLİF

ANKET

Hökümətin ölkədə hansı sahəyə diqqətinin artırılmasını istərdiniz?

  • Elm-təhsil
  • Səhiyyə
  • Sosial Müdafiə
  • Ekologiya, təbii sərvətlər
  • Müdafiə-təhlükəsizlik
  • Mədəniyyət, incəsənət, ədəbiyyat
  • Kənd təsərrüfatı, aqrar sənaye
  • Sahibkarlıq, sənaye (zavod, fabrik)