

Avropada vetolardan yayınmaq üçün ERB-ni birliyin daxilində yaradılmasının əleyhinədir
Tramp administrasiyası ixtisarının bir hissəsi olaraq 1000-dən çox tibb işçisi işdən çıxarılıb
Putinin əleyhdarları ABŞ həbsxanalarında saxlanılır
Rus mafiyası ABŞ-da yaşayan jurnalisti öldürmək üçün İran rejimindən sifariş alıb
Norveçdə transformator stansiyasında təxribat şübhəsi
Tramp: “Harada dayanacağı məlum olmayan böyük güclə cavab verəcəyik”
100 mindən aşağılar isə ...
Ağ Ev: “Onlar minnətdar olmalıdırlar”
FED-in istehsal indeksi mart ayında gözləntilərin altına düşüb
Qanunun aliliyinin “demək olar ki, hər cəhətdən” qəsdən pozulduğu iddia edilir
Raşa Alavie Məhkəmə qərarına baxmayaraq ölkədən çıxarılıb
“Ölkəmizə və günahsız insanlara əzab gətirdi”
Fransalı siyasətçi ABŞ-a hədiyyə edilən simvolu tələb edir
İnvestorların qızıla yatırımı “pandemiyanın” fəsadlarıdır
Stiv Vitkof: “Trampla Putinin arasında böyük dostluq var”
Müqəddəs Patrik Gününün 70-ci ildönümü bütün şəhərdə bayram ovqatı yaradıb
ABŞ Ukraynada hərbi cinayətləri araşdırmaq üçün Avropa Birliyinin (AB) yaratdığı beynəlxalq istintaq mərkəzindən çıxmaq qərarına gəlib.
“The New York Times” yazır ki, ABŞ Ədliyyə Nazirliyi bazar ertəsi AB rəsmilərini Ukraynaya Qarşı Təcavüz Cinayətlərinin Mühakiməsi üzrə Beynəlxalq Mərkəzi (ICPA) tərk etmək qərarı barədə xəbərdar edib.
Rusiyanın Ukraynadakı hərbi cinayətlərini araşdırmaq və Rusiya rəsmilərini mühakimə etmək üçün yaradılan beynəlxalq istintaq mərkəzi 2023-cü ilin iyulunda Hollandiyanın Haaqa şəhərində açılıb.
2023-cü ilin noyabrında verdiyi açıqlamada ABŞ-ın keçmiş baş prokuroru Merrik Qarland Haaqadakı AB Məhkəmə Əməkdaşlıq Agentliyi (Eurojust) çərçivəsində təşkilata 1 milyon dollar yardım göstəriləcəyini açıqlamışdı.
Lakin ABŞ prezidenti Donald Trampın Ukraynadakı müharibəni dayandırmaq üçün son vaxtlar Rusiyaya qarşı daha yaxın siyasət yürütməsi ilə əlaqədar Vaşinqton təşkilatla əməkdaşlığı dayandırmaq qərarına gəlib.
“Eurojust”un direktoru Maykl Şmid, “ABŞ səlahiyyətliləri mənə ICPA-da iştiraklarını dayandıracaqlarını bildirdilər”, – deyib.
Mərkəzin işinin davam edəcəyini bildirən Şmid, Ukrayna müharibəsində beynəlxalq cinayətlərə görə məsuliyyət daşıyanların məsuliyyətə cəlb olunmasını təmin etməkdə qərarlı olduqlarını deyib.
Bundan əlavə, Tramp administrasiyası ABŞ-ın keçmiş prezidenti Co Baydenin göstərişi ilə 2022-ci ildə Ədliyyə Departamenti tərkibində yaradılmış komandanın fəaliyyətini azaltmaq qərarına gəlib və diqqətini Ukraynadakı hərbi cinayətlərin araşdırılmasına yönəltdi.
Tramp və Ukrayna prezidenti Vladimir Zelenski fevralın 28-də Oval kabinetdə görüşüb və görüş zamanı mübahisə düşüb. Bunun ardınca martın 11-də Səudiyyə Ərəbistanının Ciddə şəhərində iki ölkənin nümayəndə heyətləri arasında görüş keçirilib.
Görüşdən sonra verilən birgə bəyanatda ABŞ-ın hazırladığı 30 günlük müvəqqəti atəşkəs mətninin Ukrayna tərəfindən qəbul edildiyi bildirilib. Kiyev mövqeyini dəyişdikdən sonra Vaşinqton Ukraynaya hərbi yardım və kəşfiyyat məlumatlarının mübadiləsini bərpa etdiyini açıqlamışdı.
Lakin Rusiya lideri Vladimir Putin müəyyən məsələlər həll olunmayana qədər atəşkəsə razılaşmayacaqlarını bəyan edib.