vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 11 mart 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Nəriman Nərimanov (1870 - 1925)

«Siz ata-babalarınızın müqəddəs yerlərinə o vaxt VƏTƏN deyə bilərsiniz ki, onun sahibi olasınız»

Nəriman Nərimanov (1870 - 1925)
MEDİA-QHT  
12:29 | 27 fevral 2025 | Cümə axşamı Məqaləyə 391 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Washington Post”un redaktoru istefa etdi

Qəzetin sahibi Bezos əhəmiyyətli dəyişikliklərin anonsunu verdi

CAVİD

MÖVZU İLƏ ƏLAQƏLİ

“The Washington Post”un (WP) sahibi Ceff Bezos, qəzetdəki köşə yazıları və redaksiya rəyləri ilə bağlı “əhəmiyyətli dəyişiklik” etdiklərini açıqladı.

Bezos “X” sosial media platformasında “WP”də etməyi planlaşdırdıqları dəyişikliklərlə bağlı açıqlama verib.

Bundan sonra qəzetin rəy bölməsində şəxsi azadlıqlar və azad bazarlarla bağlı yazıların yer alacağını bildirən Bezos, bu iki mövzuya uyğun gəlməyən fikirlərin artıq “WP”də dərc olunmayacağını açıqlayıb.

Keçmişdə qəzetlərin oxuculara bütün baxışları əhatə etməyə çalışan geniş əsaslı rəy bölməsi təqdim etməyi hədəflədiyini qeyd edən Bezos, “Bu gün internet bu işi görür”, – deyib.

Azad bazarlar və şəxsi azadlıqlarla bağlı fikirlərin hazırkı xəbər bazarında kifayət qədər yer tapmadığına diqqət çəkən Bezos, bu boşluğu birlikdə dolduracaqları üçün həyəcanlı olduğunu vurğulayıb.

***

Bezos verdiyi açıqlamadan sonra “WP”nin redaktoru Deyvid Şiplinin işdən ayrıldığını bildirib.

“Bu, əhəmiyyətli bir dəyişiklikdir, amma asan olmayacaq və 100 faiz qərarlılıq tələb edəcək”, – deyən Bezos Şiplinin qərarına hörmət etdiyini qeyd edib.