vaxtlı-vaxtında oxuyun! Bazar, 16 mart 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Hüseyn Cavid (1882 - 1941)

«İdealsız nicat ümidi-məhal...
«İttihad!» İştə ən böyük ideal!
Səni qurtarsa, qurtarır birlik,
Çünki birlikdədir fəqət dirlik!»

Hüseyn Cavid (1882 - 1941)
CƏMİYYƏT  
15:56 | 16 mart 2025 | Bazar Məqaləyə 25 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Məzlum xalqların nəfəsliyi kəsildi

“Amerikanın Səsi” kommunizm, faşizmə qarşı mübarizədə müstəsna xidmətlər göstərmişdi

İbrahim NƏBİOĞLU

MÖVZU İLƏ ƏLAQƏLİ

“Amerikanın Səsi” (Voice of America) radio stansiyası qapadıldı. Donald Tramp dağıda biləcək nə varsa hər şeyi dağıtmağa davam edir. Rusiya, Çin, İran kimi avtoritar rejimlərin xarici auditoriya üçün nəzərdə tutulmuş media quruluşlarına milyardlar xərclədiyi bir vaxtda Tramp adminstrasiyası yürütdüyü “qənaət siyasəti” ilə əfsanələşmiş dev ideoloji ruporu dayandırdı.

Ancaq həftədə bir neçə dəfə Floridaya qolf oynamağa gedən Trampın hər səfərinə 3,3 milyon dollar xərclənir. Bu astronomik pullar amerikan vergi ödəyicilərinin cibindən çıxır...

80 ildən çoxdur ki, “Amerikanın Səsi” radiosu kommunizm, faşizm və zülmə qarşı mübarizədə müstəsna xidmətlər göstərmiş, Amerikanın ən böyük sərvətlərindən birinə çevrilmişdi.

Həftəlik auditoriyası 360 milyon dinləyici olan və 48 dildə yayımlanan radio diktatura şəraitində yaşayan məzlum xalqlar üçün yeganə etibarlı xəbər və məlumat mənbəyi, əvəzsiz bir nəfəslik idi.

Mənim və mənim kimi bir çoxlarının gözünün önünə bu gün “Qolos Amerika”nı dinləmək üçün mətbəxdə VEF radiolarının antennalarını sağa-sola döndərməkdən usanmayan atalarımız gələcək…

Kim nə deyirsə desin, ancaq biz müstəqilliyimizi həm də “Amerikanın Səsi”, “Azadlıq” kimi radiolara borcluyuq. 20 yanvar işğalı, milli-azadlıq hərəkatı, Qarabağ müharibələri bu radiolar olmasaydı daha böyük faciələrə səbəbiyyət verəcəklərdi. Biz həqiqətləri dünyaya bu stansiyalar vasitəsilə yaymışdıq…

Atdığı yanlış addımlar Trampa və onun komandasına çox baha başa gələcək...


   

MÜƏLLİF

ANKET

Hökümətin ölkədə hansı sahəyə diqqətinin artırılmasını istərdiniz?

  • Elm-təhsil
  • Səhiyyə
  • Sosial Müdafiə
  • Ekologiya, təbii sərvətlər
  • Müdafiə-təhlükəsizlik
  • Mədəniyyət, incəsənət, ədəbiyyat
  • Kənd təsərrüfatı, aqrar sənaye
  • Sahibkarlıq, sənaye (zavod, fabrik)