vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 8 fevral 2023
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Seyid Cəfər Pişəvəri (1892 - 1947)

«Haqqı almaq asan bir işdir, onu saxlamaq şərtdir»

Seyid Cəfər Pişəvəri (1892 - 1947)
SOSİAL  
18:30 | 18 mart 2019 | Bazar ertəsi Məqaləyə 1837 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Doğma Bulvarda Novruz”

Dəniz kənarında bayram şənliyi keçiriləcək

MÖVZU İLƏ ƏLAQƏLİ

Dənizkənarı Bulvar İdarəsi paytaxt sakinləri və şəhərimizin qonaqlarını maraqlı və əyləncəli şou proqramlarla zəngin Novruz Şənliyinə dəvət edir.

İdarədən Vaxt.az-a verilən məlumata görə, martın 21-dən Doğma Bulvarda Novruz” adlı bayram proqramı təqdim edəcək. Kukla Teatrının arxasında yerləşən meydanda 4 gün ərzində əsl Novruz ab-havası yaşanacaq.

Meydanda artıq bayram çadırları, milli oyunlar və animasiya üçün meydança qurulub. Meydandakı böyük səhnədə rəngarəng rəqs və musiqi proqramları təqdim olunacaq. Bayram günlərində milli rəqs ustad dərsləri, Nağara şou və ustad dərsləri, əl işləri üzrə ustad dərsləri təşkil olunacaq. Alovla Şou nümayiş etdiriləcək. Xüsusilə uşaqlar üçün maraqlı proqramlar nəzərdə tutulur – onlar sevimli cizgi filmi qəhrəmanları ilə görüş, açıq meydanda gün ərzində bir neçə dəfə uşaq nağılları tamaşası, kukla teatrı tamaşası izləmək imkanı qazanacaqlar. Bayram tədbirində paytaxt sakinləri və şəhərimizin qonaqlarını maraqlı sürprizlər gözləyir.

“Doğma Bulvarda Novruz” adlı bayram tədbiri Martın 24-nə qədər davam edəcək.