

Getsə nüfuzundan olacaq, getməsə canından
London, Vaşinqton, Tokio isə Manila ilə saziş imzalayıb
“Amerika ilə anlaşmasaq batırıq”...
Rusiya Ukrayna burulğanından çıxsa növbəti düzərgahı Cənubi Qafqaz olacaq
ABŞ Paknecadla bərabər bəzi şirkətləri də qara siyahıya salıb
Moskva, Pekin və Tehranı yaxınlaşmağa məcbur edən səbəb
ABŞ İranın terror üçün istifadə etdiyi “İsveç dəstəsi”nə sanksiya tətbiq edib
Rusiya, Çin və İran gəmiləri Oman körfəzində artilleriya atışları keçirib
Birgə hərbi təlimlərin İrana faydası yoxdur
Pezeşkiandan Trampa: “Danışıq olmayacaq”
“Alternativ olmasa, yəqin ki, çətin yay olacaq”
İranda düşünürlər ki, Rusiya və Çinlə fəaliyyət hərbi əməliyyatdan çəkindirəcək
Su və elektrik böhranı vəziyyəti kritik hala çatdırıb
Tramp Xamneyiyə razılıq məktubu göndərib
“Bu qamçı iranlı qadınların üzərinə vurulub”
Hər kəslə anlayacağı dildə danışmaq, onu öz tərziylə başa salmaq lazımdır
İranın hüquqi məsələlər üzrə vitse-prezidenti Məcid Ənsari hökumətin məcburi çadra qanununu indiki formada tətbiq etməyəcəyini və qanunun düzəlişlərlə birlikdə parlamentə göndəriləcəyini bildirib.
İranın yarı rəsmi xəbər agentliyi “Tasnim”in məlumatına görə, paytaxt Tehranda keçirilən tədbirdə çıxış edən prezidentin hüquqi məsələlər üzrə müavini Ənsari ölkədə əhalinin böyük bir hissəsinin qəzəbinə səbəb olan məcburi çadra qanunu ilə bağlı açıqlama verib.
Əvvəlki hökumət dövründə hazırlanan qanunun bəzi hissələrinin icra oluna bilməyəcəyini bildirən Ənsari, “Ölkənin maraqları naminə icra hakimiyyəti bu qanuna dəyişiklik Prezidentin Hüquq İdarəsi tərəfindən hazırlanaraq parlamentə göndərilənə qədər qanunun dərcini müvəqqəti olaraq əngəlləmək qərarına gəldi”, – deyib
***
Qanunun icrasını tələb edən ultra-mühafizəkar qruplar tərəfindən təşkil edilən “icazəsiz” nümayişlərə və kampaniyalara işarə edən Ənsari, “Seçkidən 8 aydan çox vaxt keçib, indi təbliğat mərkəzinizi bağlayın. Hökumət liderlərin dəstəyi ilə problemləri həll etməyə çalışdığı halda, bəziləri niyə digərlərini kənarda qoyur? Bu ölkədə hansı məmur çadraya inanmırmı? Biz bu məsələ ilə bağlı işimizi davam etdiririk. Niyə cəmiyyətin dincliyini pozursunuz, hər gün çirkin işlər görürsünüz? İndi bunun vaxtı deyil”, – deyib.
***
İranda məcburi çadra qaydasını pozduğuna görə 2022-ci ilin sentyabrında Məhsa Əmininin polis nəzarətində ölməsi ilə başlayan nümayişlər dörd aydan çox davam etdi və yüzlərlə insan həlak oldu.
Hadisələr sakitləşdikdən sonra Tehran kimi böyük şəhərlərdə bəzi qadınların ictimai yerlərdə, ticarət mərkəzlərində, kafelərdə, banklarda, məktəblərdə və küçələrdə çadra qaydasına əməl etmədiyi müşahidə edildi.
Qanun pozuntuları artdıqca, əvvəlki hökumət ictimai yerlərdə cərimələr, bank xidmətlərinin qarşısını almaq və ictimai fəaliyyətə qadağa qoymaq yolu ilə qanun pozuntularına qarşı mübarizə üçün qanun layihəsi hazırladı.
Qanun layihəsi parlament tərəfindən 2023-cü ilin sentyabrında qəbul edildi. Seçki kampaniyası zamanı qanunu tez-tez tənqid edən Məsud Pezeşkian prezident seçildikdən sonra qanunun qüvvəsi dayandırıldı.
Bəzi mühafizəkar siyasətçilər və din xadimləri ölkənin böyük bir seqmentinin qəzəbinə səbəb olan qanunun həyata keçirilməsinin vacibliyini önə çəksələr də, xüsusilə Tehranda hicab qaydalarına əməl etməyənlərin sayının artdığı və bu mövzuda heç bir təzyiqin olmadığı müşahidə edilir.
Parlament sədri Məhəmməd Baqir Qalibaf məcburi hicab qanununun Milli Təhlükəsizlik Şurasının qərarı ilə həyata keçirilmədiyini bildirmişdi.
Pezeşkian qanunun icrası ilə bağlı çağırışlara “Dövlət qanunlarına görə, xalqın əksəriyyətinin etiraz etdiyi qanunları həyata keçirmək mümkün deyil”, – deyə cavab verib.
Son zamanlar Tehranda Parlamentin ətrafı qanunun icrasını tələb edən qrupların nümayişlərinə səhnə olub. Nümayişçilərin çoxunun qadın olması diqqət çəkib.
Nümayişlər zamanı çıxış edən şəxs prezident Məsud Pezeşkianın ünvanına da təhqiramiz ifadələr işlədib.
Tehran valiliyi məsələ ilə bağlı verdiyi açıqlamada nümayişi icazəsiz və qeyri-qanuni elan edib.