vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 19 mart 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Dünya ümumiyyətlə quruculuqla, tikib-yaratmaqla yaşayıb, inkişaf edib»

Heydər Əliyev (1923 - 2003)
ANALİZ  
09:11 | 19 mart 2025 | Çərşənbə Məqaləyə 29 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Azərbaycanla bağlı ABŞ-İsrail strategiyası

Tehran Bakıya proksi müharibədən və İrəvana dəstəkdən məhrum edilir

Aqşin KƏRİMOV, Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşı

MÖVZU İLƏ ƏLAQƏLİ

Azərbaycanla İsrail 30 illik münasibətlərini üst səviyyəyə qədər irəlilədiblər, həm də özlərini etibarlı tərəfdaş kimi sübut ediblər.

Azərbaycan-İsrail əlaqələrinin dərinləşməsindən ABŞ-nin necə faydalana biləcəyi Donald Tramp administrasiyasının diqqətindədir.

Daha dəqiq ifadə etsək, Ağ Evin diqqətini Cənubi Qafqaz regionuna yönləndirməkdə İsrail dövləti və yəhudi lobbisinin koordinasiya edilmiş hərəkətləri nəzərə çarpır.

İki məlumata diqqət edək. İsrailin baş nazirinin ofisi martın 5-də Vaşinqtonla üçtərəfli danışıqların fəal olduğunu bəyan edib.

Bəyanatda bildirilib ki, Azərbaycan təhlükəsizlik, ticarət, texnologiya və enerji sektorlarında əməkdaşlığı əhatə edən əlaqələri ilə Qafqaz regionunda İsrailin mühüm strateji müttəfiqidir. 

Az keçməmiş, ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Vitkoff Moskvaya səfər etdikdən sonra Bakıya eniş etdi. Bu, İsrail, ABŞ və Azərbaycan arasında yaxşı əlaqələndirilmiş diplomatik addım kimi görünür. Versiyama görə, İsrail bu əməkdaşlıqda Rusiyanın da rolunu sınamaqda maraqlıdır və bu, Ağ Evlə Kremlin Ukrayna üzərindən sövdələşməsinin miqyasını göstərir.

Bu proseslər, ABŞ administrasiyasının da regional strateji mənfəətlərinin təminində rol oynayır. Ona görə də, ABŞ Azərbaycanla əlaqələrini dərinləşdirmək üçün İsrailin Azərbaycanla yaxın əlaqələrinə əsaslanan istiqamətə doğru gedir. Ehtimal ki, ABŞ və İsrailin Azərbaycan-ABŞ-İsraildən ibarət təhlükəsizlik üçbucağı yaratması niyyəti İranın təsirlərinə qarşı genişlənmiş tərəfdaşlıq qazanmaq niyyətinə söykənir.

Azərbaycanın Türkiyə ilə strateji müttəfiqliyini də nəzərə alsaq, qeyd etdiyimiz tərəfdaşlıq Tehranı kənarda saxlamaq üçün yaxşı vasitə ola bilər.

Ancaq Azərbaycan İranla münasibətlərin böhranlı modelini və gərginləşməsini izləməkdən uzaqdır. Azərbaycan üçün regional gərginliklər, əlavə geosiyasi ziddiyyətlər lazım deyil, bununla belə, Ağ Ev və İsrailin İranla əlaqədar masada olan planlarına Bakının müdaxiləsi çətindir.

Ancaq regionda İranla əlaqədar yenilənmiş cəbhədə Azərbaycan yer almamaqla öz niyyətinin səmimiliyini də göstərir. Yaxın Şərqdə yorğun düşmüş İran Cənubi Qafqazda da mürəkkəb tənliklərlə üzləşməsini nəzərə alıb Azərbaycanın maraqlarına konstruktiv cavab verməlidir.

Onsuz da, İranın regional təsir rıçaqları zəifləyib, bununla belə, onun resurs və potensiallarını yenidən Azərbaycana qarşı cəmləyəcəyi istisna deyil. Bu ssenari Tehran üçün xeyir gətirməyəcək.

Çünki İran Azərbaycana qarşı istifadə etdiyi vasitələrdən – proksi müharibədən və Ermənistana dəstəkdən – məhrum edilir.

Üstəlik, Azərbaycanın müttəfiqi Türkiyə ilə bərabər digər tərəfdaşlıq əlaqələrindəki diapazonu diqqətdə saxlamaq Tehran üçün məqsədəuyğun olardı.

Ravvinlərin Donald Trampa müraciətinin genişlənmiş geosiyasi məqsədləri əlavə çalarların da izahına ehtiyac yaradır.

ABŞ və İsrail nəşrləri, Azərbaycanın “İbrahim sazişlərinə” inteqrasiyası təşəbbüslərini müzakirə edirlər. Lakin Azərbaycan həmin müqavilənin tərəfi deyil və inteqrasiya prosesi texniki olaraq çətinliklər yaratsa da, geosiyasi aspektdən mümkündür.

Bu təşəbbüs ABŞ və İsrailin Yaxın Şərq, Cənubi Qafqaz və Mərkəzi Asiya kontekstindəki qiymətləndirmələrinə əsaslanır.

Məqsəd ABŞ və İsrailin dəstəyi ilə dəstəklənən çoxtərəfli regional əməkdaşlıq üçün yeni rəsmi platformanın yaradılmasıdır.

Azərbaycanın bu razılaşmada iştirakı ona Mərkəzi Asiya, Yaxın Şərqə genişlənmək imkanlarını tanıyır. Bu, həm Qafqazı, həm Yaxın Şərqi, həm də Mərkəzi Asiyanı yüksək səviyyəli diplomatik foruma daxil edəcək.

Ehtimalla bu kontekstdə Bakının “İbrahim Sazişləri” konfransına ev sahibliyi etməsi təklif olunur.