vaxtlı-vaxtında oxuyun! Bazar ertəsi, 17 mart 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Uca Türk, sənin üçün yüksəkliyin hüdudu yoxdur»

Mustafa Kamal Atatürk (1881 - 1938)
GÜNDƏM  
14:41 | 16 mart 2025 | Bazar Məqaləyə 32 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Azərbaycan gün-gündən dəyərlənir

Bakının Qarabağ adlı dərdi yoxdur, Bakı azaddır

Zaur MƏMMƏDOV

MÖVZU İLƏ ƏLAQƏLİ

ABŞ, Rusiya və İsrailin Azərbaycana marağı artmaqda davam edir.

Stiv Vitkoffun Moskvadan dərhal sonra gecə saatlarında  Bakıya gəlməsi Azərbaycanın beynəlxalq miqyasda vacib yeri və rolundan xəbər verir. 86.6 kv km-lik ərazisi olan Azərbaycan Avrasiyada vacib mərkəzlərdən biri rolunu oynayır. Hazırda respublikaçılar hakimiyyətinin başının Ukrayna və Rusiya arasında müharibənin dayandırılmasına qarışdığı zamanda Trampın nümayəndəsinin Bakıya gəlişi tərəflər arasında təcili və çox vacib strateji məsələlərlə bağlı fikir mübadiləsindən xəbər verir. Şübhə yoxdur ki, İsrail-Azərbaycan münasibətləri və əməkdaşlığı ABŞ-Azərbaycan münasibətləri və əməkdaşlığı arasında hazırda müəyyən bağlar var və bu üçlük təhlükəsizlik və enerji kimi mövzularda yeni mərhələyə qədəm qoyacaqlar.

Dünən isə, Rusiya, Belarus və Tacikistan liderləri birgə toplantıları zamanı prezident İlham Əliyevə kollektiv şəkildə zəng etdilər və müəyyən məsələləri müzakirə etdilər. Məlum oldu ki, Azərbaycan lideri 9 may Qələbə günün 80 illiyi ilə bağlı paradda iştirak edəcək. Son aylarda Bakı və Moskva arasında müəyyən sualların olduğunu nəzərə alsaq, dünənki telefon danışığı ilə bağlı pozitiv açıqlama, bu istiqamətdə də, işlərin nəticəli olduğunu göstərir. Azərbaycan və Rusiya arasında energetika sahəsində atılan addımlar, eyni zamanda təhlükəsizlik və nəqliyyat sahələrində həllini tapmalı olan məsələlər ikitərəfli münasibətlərdə son 2 ildəki yeniliklərdəndir.

Beləliklə, əgər 44 günlük müharibəyə qədər Azərbaycan-ABŞ münasibətlərində enerji siyasəti və təhlükəsizlik əsas idisə, bu gün Azərbaycana yanaşma lokal deyil, qlobal xarakter almış, Yaxın Şərq, Mərkəzi Asiya kontekstində Bakı Avrasiyada vacib bu dəfə geosiyasi tərəfdaş kimi qəbul edilir. Rusiya ilə münasibətlər də yeni görkəm alıb. İndi  ikitərəfli münasibətlərdə erməni məsələsi, Qarabağ faktoru yoxdur, energetika və təhlükəsizlik kimi komponentlər qarşılıqlı sistemli addımlar çərçivəsində başa düşülür.

Öz növbəsində, Azərbaycan və Türkiyə arasında əsl müttəfiqlik münasibətləri davam edir və rəsmi Bakı və Ankara arasında münasibətlər bu gün özlərini müttəfiq adlandıran hər bir koalisiyalar üçün nümunə olmalıdır. Azərbaycanın və Türkiyənin qapısı vahiddir. Azərbaycan və Türkiyə son illərdə faktiki olaraq vahid inteqrasiya modeli ilə bir siyasi orqanizm formalaşdırmağa müyəssər olublar.

Xülasə, son iki həftə ərzində Azərbaycan-ABŞ, Azərbaycan-İsrail, Azərbaycan-Türkiyə və Azərbaycan-Rusiya arasında ünsiyyət Bakının bütün adı çəkilən hər bir qütb üçün vacib tərəfdaş olduğunu və hətta Azərbaycana ehtiyaclarının olduğunu göstərir. Bu isə, rəsmi Bakı üçün bəzi tarixi məsələlərin həlli üçün fürsət və imkanlar yaradır. Prezident İlham Əliyevin apardığı xarici siyasət kursu onun mahir strateq olduğunu bir daha göstərmiş oldu.