vaxtlı-vaxtında oxuyun! Bazar ertəsi, 17 mart 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Əbülfəz Elçibəy (1938 - 2000)

«Demokratiya bəzi xalqlara mənəvi qidadırsa, bizim üçün dərmandır»

Əbülfəz Elçibəy (1938 - 2000)
TÜRK DÜNYASI  
11:28 | 17 mart 2025 | Bazar ertəsi Məqaləyə 14 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

BMT-nin qeyri rəsmi Kipr zirvəsi

Ersin Tatar: “İki dövlətli həll tələbindən geri çəkilməyəcəyik”

CAVİD

MÖVZU İLƏ ƏLAQƏLİ

Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antonio Quterreş bu gün İsveçrənin Cenevrə şəhərində BMT tarixinin ən qədim problemlərindən biri olan Kiprdə türklər və yunanlar arasında barışıq axtarışı üçün zamin ölkələr olan Türkiyə, Yunanıstan və İngiltərənin iştirakı ilə yeni qeyri-rəsmi zirvə təşkil edir.

Türkiyəni sammitdə xarici işlər naziri Hakan Fidan təmsil edir. ŞKTC (Şimali Kipr Türk Cümhuriyyəti) prezidenti Ersin Tatar Kipr türk tərəfinin bərabər suverenliyi tanıyaraq iki dövlətli həll tələbindən geri çəkilməyəcəyini bir daha vurğulayıb. Qarant ölkələrdən olan Böyük Britaniyanı sammitdə Şimali Amerika və Avropa məsələləri üzrə dövlət katibinin köməkçisi təmsil edir.

Türkiyə zirvədən yeni bir prosesin başlamasını gözləmir. Xarici İşlər Nazirliyinin mənbələri “görüş” adlandırdıqları qeyri-rəsmi toplantının heç bir halda “keçmiş danışıqlar proseslərinin davamı və ya yeni danışıqlar prosesinin başlanğıcı”, – olmadığını vurğulayıb.