
4 km uzunluqda körpü ...
... iki ölkəni birləşdirəcək
... iki ölkəni birləşdirəcək
“Milli maraqlarımızı təmin etmək üçün bütün bilik və bacarıqlarımı istifadə edəcəyəm”
Cənubi Koreyadakı səhv nəticəsində 15 nəfər yaralanıb
Şimali Koreya ilə Rusiya arasında yeni hərbi əməkdaşlıq
“Əsir düşsəniz, ailəniz edam olunacaq”
Cənubi və Şimali Koreya arasında humanitar yardım proqramı dayandırılıb
FTB Şimali Koreyanı tarixin ən böyük virtual valyuta qarətinə görə məsuliyyət daşımaqda ittiham edir
Şimali Koreya Rusiyaya yenə əsgər göndərib; Peyk görüntüləri ortaya çıxdı
Şimali Koreya uzun fasilədən sonra qapılarını turistlər üçün açıb
“Ordunun mənəvi cəhətdən güclü olmasına üstünlük verilməlidir”
Rusiya əsgərləri müalicə üçün Şimali Koreyaya göndərilib
Şimali Koreya ABŞ-a xəbərdarlıq etdi
Putini təhqir edən müğənni evinə polis basqını zamanı ölüb
Şimali Koreya ABŞ-ın Sakit okeandakı strategiyasından narahatdır
Şimali Koreya ilk dəfə olaraq uranın zənginləşdirilməsi obyektini ictimaiyyətə açıqladı
Cənubi Koreya və Yaponiyadan etirazlar gecikmədi
Ameika Birləşmiş Ştatları da daxil olmaqla 11 ölkə tərəfindən yaradılan və BMT-nin Şimali Koreyaya qarşı sanksiyalarının tam şəkildə həyata keçirilməsini təmin etmək məqsədi daşıyan Çoxtərəfli Sanksiya Monitorinq Qrupunun (MSMT) icraçı şurası dövlətləri Şimali Koreyaya qarşı beynəlxalq sülh və təhlükəsizliyin qorunması səylərini dəstəkləməyə çağırıb.
Qərb ölkələri nüvə silahı və ballistik raket proqramını dayandırmaqdan imtina edən və vaxtaşırı nüvə silahı sınaqları həyata keçirən Şimali Koreyaya qarşı tədbir görüb. ABŞ, Yaponiya, Cənubi Koreya, Böyük Britaniya, Avstraliya, Kanada, Fransa, Almaniya, İtaliya, Hollandiya və Yeni Zelandiya hökumətləri tərəfindən yaradılan və Birləşmiş Millətlər Təşkilatının (BMT) Şimali Koreyaya qarşı sanksiyalarının tam şəkildə həyata keçirilməsini təmin etməyi hədəfləyən Çoxtərəfli Sanksiya Monitorinq Qrupunun (MSMT) icraçı şurası ABŞ-ın paytaxtı Vaşinqtonda ilk iclasını keçirib. Görüşdən sonra yayımlanan birgə bəyanatda MSMT-nin Şimali Koreyaya qarşı sanksiyaların tətbiqi səylərinə kömək etməyi hədəflədiyi vurğulanıb.
Yayılan bəyanatda 2024-cü ilin oktyabrında Şimali Koreyanın nüvə silahları və raket proqramlarını izləyən sanksiya şurasını ləğv edən qətnaməsinə Rusiyanın BMT Təhlükəsizlik Şurasında veto qoymasından sonra MSMT-nin yaradıldığı xatırladılıb: “MSMT-də iştirak edən dövlətlər beynəlxalq sülh və təhlükəsizliyi qorumaq, qlobal silahların yayılmaması siyasətini və Şimali Koreyanın nüvə silahlarının yayılmasının qarşısını almaq və raket zərbələrinin qarşısını almaqda qərarlıdırlar”.
Bəyanatda MSMT-nin idarə heyətinin Şimali Koreya ilə bağlı BMT Təhlükəsizlik Şurasının qətnamələrini tam şəkildə yerinə yetirməkdə qərarlı olduğu vurğulanıb və əlavə edilib: “Biz dialoq yolunun açıq olduğunu təkrarlayırıq və bütün dövlətləri Şimali Koreyadan gələn təhdidlər və onun BMT Təhlükəsizlik Şurasının qətnamələrinin pozulmasına şərait yaradanlar qarşısında beynəlxalq sülh və təhlükəsizliyi qorumaq üçün qlobal səyləri dəstəkləməyə çağırırıq”.