Nüvə arsenalına 119 milyard xərclənib
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
17:29 | 21 fevral 2025 | Cümə
Məqaləyə 362 dəfə baxılıb
Şriftin ölçüsü
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Pentaqon üç nəhəng Çin şirkətini qadağa olunanlara əlavə etdi
Ekipaj xilas edildi
Məhkəmə Trampın 100 min dollarlıq rüsum qərarını ləğv etdi
Trampdan Netanyahuya xəbərdarlıq
Trampdan İsrail və İrana çağırış
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
ABŞ Prezidenti Ankaradakı NATO sammitində iştirak edəcək
Küveyt iranlı diplomatları ölkədən qovdu, Hörmüzdə qarşılıqlı atəş
“Brent” 100 dollara yaxınlaşdı
Qarşılıqlı hücumlar bölgədə gərginliyi artırdı
Oman körfəzində gərginlik
Vaşinqton mümkün hərbi ssenariləri müzakirə edir
Pekin Vaşinqtonun mümkün nüvə zərbəsinə qarşı səhrada böyük bunkerlər tikir
ABŞ–İran razılaşması xəbərləri bazara təsir göstərdi
ABŞ Prezidenti Donald Tramp ötən həftə İlon Maskın dörd yaşlı oğlu “X”in burnunu sildiyi üçün 145 illik masanın Oval kabinetdən çıxarılmasını əmr edib.
Maskın tam adı oğlu, atası ilə Trampın Oval kabinetdə hökumətin səmərəliliyinə dair birgə sual-cavab konfransına qatılmışdı.
Balaca oğlan tədbir zamanı narahat idi, daim qıvrılır, qeyri-adekvat səslər çıxarır və arabir gəzirdi.
Anası pop ulduzu Qraymsın oğlu olan X, barmaqlarını burnuna salıb sonra 1961-ci ildə ilk dəfə Con Kennedi tərəfindən Oval kabinetə gətirilən və daha sonra isə Cimmi Karter, Bill Klinton, Barak Obama və Co Baydenin prezidentlikləri zamanı istifadə edilən məşhur “Resolute desk”ə sürtüb.
***
Gigiyena baxımından titiz olduğu bilinən Tramp, cümə axşamı günü “Truth Social” hesabında masanı müvəqqəti olaraq “C&O Desk” ilə əvəz edildiyini açıqladı.
ABŞ prezidentlərinin istifadəsinə verilən altı fərqli masadan biri olan “C&O Desk” əvvəllər ata Corc Buşa məxsus olub. Masa sonradan oğul Buş tərəfindən də istifadə edilib.
Tramp sosial mediada “C&O Desk” çox məşhur bir masadır. Prezident Buş və başqaları tərəfindən də istifadə edilmişdir. “Resolute desk” yüngül yenilənmədən keçir. Bu çox vacib işdir! Gözəl, lakin müvəqqəti dəyişiklik!”, – deyib.
“Resolute desk” iş masası kimi “C&O, Chesapeake” və “Ohio Railroad Company” üçün hazırlanıb və ilk dəfə 1975-ci ildə Oval kabinetin tədqiqatında istifadə edilib, sonra 1987-ci ildə dəmir yolu şirkəti “GSX” tərəfindən Ağ Evə bağışlanıb.
“Resolute Desk” Oval kabinetdə ən məşhur və simvolik masalardan biri hesab olunur. Masanın tarixi Britaniyanın Arktikada kəşfiyyat aparan “HMS Resolute” gəmisinin qalıqlarından yaradılmasından başlayır. 1880-ci ildə Kraliça Viktoriya tərəfindən ABŞ prezidenti Ruterford B. Hayesə hədiyyə edilən yazı masası o vaxtdan bəri bir çox prezidentlər tərəfindən istifadə olunur.
Ağ Ev hələlik hadisəylə bağlı məsələ ilə bağlı rəsmi açıqlama verməyib.