vaxtlı-vaxtında oxuyun! Bazar ertəsi, 17 mart 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Üzeyir bəy Hacıbəyov (1885 - 1948)

«Əgər asudəlik istəyirsənsə, vaxtını hədər yerə itirmə»

Üzeyir bəy Hacıbəyov (1885 - 1948)
GÜNDƏM  
11:09 | 17 mart 2025 | Bazar ertəsi Məqaləyə 34 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Putin-Tramp anlaşması ...

... və Paşinyanın yaratmaq istədiyi “üçbucaq”

Aqşin KƏRİMOV, Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşı

MÖVZU İLƏ ƏLAQƏLİ

Nikol Paşinyan Azərbaycan və Ermənistan arasında “Sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında Saziş” layihəsinin mətni üzrə işlərin yekunlaşmasında sonra Vladimir Putin, Emmanuel Makron və Məsud Pezeşkiana tələsik məlumatlar verib.

Paşinyanın telefon diplomatiyasının ünvanları sülh gündəmi üzrə razılaşdırılmamış məsələlər ətrafında Ermənistanın Moskva, Paris və Tehrandan dəstək gözləntilərini ifadə edir. Bu, Ermənistanın Donald Tramp administrasiyasından dəstək ala bilməməsinə verilən refleksdir.

Eyni vaxtda, Azərbaycanla sərhəddə erməni qoşunlarının fəallaşması sülhə olan ümidlərə baxmayaraq İrəvanın inandığı vədlər əsasında hərbi kampaniya üçün fürsətcilliyini göstərir.

Azərbaycan strateji müttəfiqi Türkiyə ilə birlikdə diplomatiya və digər resurslarını ABŞ-Rusiya anlaşmalarının doğura biləcəyi regional nəticələrə kökləyəcək.

Çünki əksər regionlar Tramp-Putin danışıqları və mümkün sövdələşmələrin ağırlığını hiss edir. Böyüyən və qlobal oyunçu statusu qazanan Türkiyənin hər yerdə maraqları olan bir aktor kimi daha diqqətli yanaşmalara məcburdur.

Misal üçün, Serbiyadakı həssas durumun daha da tündləşməsi ilə Balkan regionunun problemləri arta bilər. Digər hədəf isə Macarıstandır. Balkan regionu Türkiyə xarici siyasətində kritikliyi ilə seçilir. Bundan əlavə göründüyü kimi, Avropada Azərbaycanın tərəfdaşlarına qarşı kampaniya güclənir və təbii ki, bu, ABŞ-Rusiya razılıqları üzrə qurulan tamaşadır.

İranın Yəməndəki proksi qanadı Husilərə qarşı ABŞ-nin hava hücumları genişlənib və ehtimalla bu, Moskva ilə Vaşinqton arasındakı Yaxın Şərqdəki sövdələşmə istiqamətlərinin göstəricilərini verir.

Hərçənd ki, Husilər təkcə İrandan deyil, Rusiya və Çin şəbəkələrindən də dəstək alır.

ABŞ Husilərə qarşı əməliyyatlarla Rusiya və Çinlə dəniz resursları uğrunda mübarizəni davam etdirir.

Lakin Rusiya ilə sövdələşmənin bəndləri İrana qarşı effektiv təzyiq kimi daha aktuallıq kəsb edir. Üstəlik, bu yaxınlarda Çinin Tayvan ətrafında hərbi hərəkətliliyini artırması Vaşinqtonla Pekin arasındakı mümkün güzəşt sahələrini müəyyən etməyə imkan verir.

Bununla belə Vaşinqton-Pekin əlaqələrində xeyli mübahisələr var və ehtimalla Tramp Çinin Cənubi Qafqazda da profilini gücləndirməsi faktı ilə barışmaq istəmir. Deməli, ABŞ ilə Çinin digər rəqabət meydanı Cənubi Qafqazdır və məsələ burasındadır ki, bu iki gücdən heç biri hazırda Ermənistana dəstəkdən uzaq qaçırlar.

Ukraynadakı vəziyyət fonunda Avropanın təhlükəsizlik gələcəyi, Cənubi Qafqaz regionu, Yaxın Şərq və Çinin hərəkətlərinin doğuracağı beynəlxalq nəticələr diqqətlə izlənilir.

Nikol Paşinyanın Ermənistanı qorumaq instinktləri Yaxın Şərqdə məğlub olan İranın Cənubi Qafqazda aktiv siyasət yürütməsinə nail olmağa çalışmağa əsaslanır. Lakin Paşinyanın Rusiya-İran-Fransa üçbucağı yarada bilmək ehtimalları yoxdur.

Buna baxmayaraq, Azərbaycan sülh gündəmindəki yanaşmalarını daha geniş bir ölçü ilə yenidən prioritetləşdirəcək. Azərbaycanın Rusiya, ABŞ, İranla danışıqlar əsnasında Ermənistanın təhlükəsizlik zəmanətlərini Türkiyə ilə birlikdə yaratmaq səylərini aydınlaşdıracaq.

Bu, Zəngəzur dəhlizinin açılması üçün yaranmış geosiyasi məqamlarda açar ola bilər.

Ancaq Cənubi Qafqazda ABŞ ilə Rusiyanın bir-birlərinin təsirlərini cilovlamaq üçün əvvəlki illərdəki kəskin rəqabəti indi konstruktiv sövdələşmələrlə əvəzlənir. Bu, yeni konyunktura yaradılması və onun nüfuz dairələrinə bölünməsi səylərinin bir hissəsidir.

Azərbaycan həmin konyunkturada belə çox güclü əl olacaq, lakin Fransa və İranın Ermənistana əhatəli müttəfiq yanaşmaları getdikcə daha zəifləyəcək.