

Sülh prosesini ləngitməyə çalışan tərəf məhz Rusiyadır
Bakı niyə əlində olan üstünlükləri İrəvana verməlidir ki, ...?
... və Paşinyanın yaratmaq istədiyi “üçbucaq”
Bakıya düşmən münasibət bəsləyən Fransa, Daşkənddə dost axtarır
Ermənistan ordusu son 3 gündə mütəmadi olaraq atəşkəsi pozur
Ən azından Nelson saxlandığı şəraitlə müqayisədə, Ruben sanatoriyadadır
Timsah göz yaşlarına heç bir əhəmiyyəti olmadı
400-ə yaxın siyasətçi Bakıda dünya nizamını müzakirə edir
İlham Əliyev “Euronews” televiziyasına müsahibə verib
Sazişin imzalanması üçün ən uyğun məkan Türkiyədir
... Yaxud Makron komandasının balaca separatçılar üçün böyük riskləri
Ağ Evin Rusiya ilə uzlaşma məntiqi AB-nin Cənubi Qafqazdakı mandatına da təsir edir
Əgər Ermənistan hücuma keçərsə, ...
Rusiya Ukrayna burulğanından çıxsa növbəti düzərgahı Cənubi Qafqaz olacaq
Azərbaycan prezidenti İlham Əliyev: “Fransa Ermənistanı yeni müharibəyə sürükləyir”
“Müzakirələrdə ideyaları yaxınlaşdırmağa çalışacağıq”
Erməni İnqilabi Federasiyası (Daşnaksutyun) bəyanat yayıb. Bəyanatda deyilir: “Ali məqsədi öz vətənində erməni xalqının təhlükəsizliyini və firavanlığını təmin etmək olan Erməni İnqilabi Federasiyası (Daşnaksütyun) regionda sabit sülhə qarşı çıxa bilməz. Lakin güc təhdidi altında Azərbaycanla əldə olunan razılaşmaların və yeni güzəştlərin əsl və davamlı sülh prosesi ilə heç bir əlaqəsi yoxdur.
Davamlı və sabit sülhün bərqərar olması üçün Azərbaycanla müqavilə münasibətləri tənzimləyən, Ermənistan tərəfinin qanuni maraqlarına hörmət edən və həllini tələb edən bütün məsələlərin həllini özündə əks etdirən hərtərəfli sənəd olmalıdır.
Eyni zamanda, Azərbaycanla sazişlər və müzakirə edilən sənəd Ermənistan-Azərbaycan sərhədini dəqiqləşdirmir, Azərbaycan silahlı qüvvələrinin Ermənistanın suveren ərazilərindən çıxarılmasını təmin etmir, Azərbaycanın növbəti təcavüzünün qarşısını almır, həmçinin 9 noyabrda üç ölkənin imzaladığı Qarabağ atəşkəs bəyanatına vurğulanan “artsax”ın və “artsax” xalqının pozulmuş hüquqlarının bərpasını nəzərdə tutmur. Üstəlik, Azərbaycanda saxlanılan erməni hərbi əsirlərin qaytarılması məsələsi də həll etmir.
Danışıqların nəticəsi olaraq ortaya çıxan sənəd mahiyyət etibarilə Azərbaycanın tələblərinin qeyd-şərtsiz təsdiqini nəzərdə tutur.
Eyni zamanda Ermənistandan dəhliz verilməsi tələbi, Konstitusiyanın dəyişdirilməsi, azərbaycanlıların Ermənistana köçürülməsi, “Azərbaycana qarşı hərbi cinayətlər” törətməkdə ittiham olunan şəxslərin ekstradisiyası, Ermənistanın beynəlxalq məhkəmələrdən iddialarını geri götürməsi, Ermənistan sərhədinin demilitarizasiyası və ATƏT-in Minsk Qrupunun ləğvi kimi davamlı yeni ilkin şərtlər Ermənistanın hüquqi müdafiəsinə birbaşa zərbə vurur.
Aydındır ki, belə bir sənəd vasitəsilə Azərbaycan “artsax” məsələsini qapatmaq məqsədi güdür və eyni zamanda Ermənistandan növbəti güzəştlər əldə etmək imkanını qoruyub saxlamaqla, soyqırımı, güc və güc təhdidi yolu ilə əldə etdiklərini qanuniləşdirməyə çalışır.
Ali orqan gizli danışıqlar nəticəsində Ermənistan və erməni xalqından tələb olunan yeni güzəştləri qətiyyətlə pisləyir və Ermənistanın milli maraqları bahasına imzalanmış heç bir sənədi qəbul etməyəcəyini bəyan edir.
EİF-Daşnaksütyun Ermənistanın suverenliyi və təhlükəsizliyini təmin etmək və düşmən ölkənin tələbi ilə Ermənistanda konstitusiya dəyişikliklərinin həyata keçirilməsinin qarşısını almaq əzmindədir...”.
Gördüyünüz kimi, daşnaklar yenə qan-qan deyir. Ancaq bu kimi davakar bəyanatlar Ermənistan-Azərbaycan münasibətlərində mövcud olan reallığı dəyişmək gücündə deyil.