

Banqladeş ilə sərhəddə taktiki-təlim əməliyyatı Hindistanı təlaşa salıb
Banqladeş ilə sərhəddə taktiki-təlim əməliyyatı Hindistanı təlaşa salıb
Raket zərbəsi ilə zədələnən “Bayraktar” hərbçiləri heyrətə gətirib
Strateji hədəflərə qarşı istifadə etmək üçün hazırlanan “KEMANKEŞ 1”in Kruiz Testi Süni İntellektə əsaslanan “Mini Kruiz” Raketi ilə uğurla tamamlandı.
Kemankeş 1 nədir?
“KEMANKEŞ 1” strateji hədəflərə qarşı istifadə üçün hazırlanıb.” KEMANKEŞ 1” adı – ən çətin şəraitdə belə oxları ilə hədəflərini vura bilən oxatanların şərəfinə adlandırılıb.
“KEMANKEŞ 1” “Bayraktar AKINCI” Hücum Pilotsuz Uçuş Aparatı (PUA), “Bayraktar TB2” və “Bayraktar TB3”-dən buraxıla bilər. Bir saat havada qala bilən mini smart qanadlı raket reaktiv mühərriki sayəsində sürətlə hərəkət edir və ən riskli düşmən hədəflərinə qarşı təsirli olur. O, həmçinin süni intellektlə dəstəklənən avtopilot sistemi ilə avtonom şəkildə uça bilir.
Süni İntellektlə Dəstəklənən Optik İdarəetmə Sistemi sayəsində çətin hava şəraitində belə hədəfini tanımaq və dəqiqliklə məhv etmək qabiliyyətinə malik olan “KEMANKEŞ 1”, gecə-gündüz şəraitində işləyə bilir və texnologiyası sayəsində elektron siqnallardan təsirlənmir.
“KEMANKEŞ 1” qoşulduğu platforma ilə tam görüş xətti əlaqəsini təmin edir. Belə ki, o, platforma vasitəsilə əldə etdiyi bütün telemetriya məlumatlarını və kamera görüntülərini yerdən idarəetmə stansiyasına ötürür və məlumatların izlənilməsini mümkün edir.
Mini smart qanadlı raketin rabitə məsafəsi 100 kilometr, əməliyyat məsafəsi 150 kilometr, maksimum qalxma çəkisi 40 kiloqram və yükgötürmə qabiliyyəti 5 kiloqramdır.
***
“KEMANKEŞ 1” ilk dəfə Atatürk Hava Limanında keçirilən “TEKNOFEST 2023” sərgisində ictimaiyyətə nümayiş etdirildi.
İlk atış sınağı 14 iyun 2023-cü ildə “Bayraktar TB2” PUA-dan atışla uğurla tamamlandı.
***
Dünyanın ən böyük PUA ixracatçısı olan Baykarın imzaladığı müqavilələrin 97,5 faizi ixraca əsaslanır. “Bayraktar TB2” PUA üçün 33 ölkə, “Bayraktar AKINCI” üçün isə 9 ölkə ilə cəmi 34 ölkə ilə ixrac müqaviləsi imzalanıb.