vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 19 mart 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)

«Şair xalqın səsi, əsrin səsidir,
Vətənin ağsaçlı sərkərdəsidir,
Hökmüylə ordular ayağa qalxır,
Şerinin selində daşlar da axır»

Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)
KRİMİNAL, CİNAYƏT  
20:46 | 18 mart 2025 | Çərşənbə axşamı Məqaləyə 33 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Amerika”nı İngiltərədə oğurlayıblar

Qızıl unitaz sökərkən 200 illik binaya ziyan vurulub

MEHİN

MÖVZU İLƏ ƏLAQƏLİ

İngiltərənin Oksfordşir qraflığındakı Blenheym sarayından 4,8 milyon funt sterlinq dəyərində 18 karatlıq qızıl unitazın oğurlanmasında iki nəfərdən şübhələnilir.

Unitazın 2019-cu ilin sentyabrında rəsm sərgisində nümayiş etdirilərkən oğurlanaraq parçalandığı güman edilir.

Oksforddan olan Maykl Cons oğurluğu planlaşdırmaqda günahkar bilinib. Cons hadisədən əvvəl sarayı iki dəfə ziyarət etmişdi, lakin bu səfərlərin kəşfiyyat məqsədi daşımadığını iddia edib. O, məhkəmədə “Bu heyrətamiz idi” deyən o, tualetdən oğurlanmadan bir gün əvvəl istifadə etdiyini bildirib.

Məlum olub ki, Cons əvvəllər dam örtüyü və inşaatçı Ceyms Şinin “sağ əli” kimi çalışıb. Şin də dindirilib və oğurluq etdiyini etiraf edib.

36 yaşlı Frederik Dou oğurluqdan sonra Şinə qızılı satmağa kömək etməkdə təqsirli bilinib. Qərbi Londondan olan Bora Qukuk da eyni ittihamla bəraət qazanıb.

***

İtalyan rəssam Maurizio Kattelan tərəfindən dizayn edilmiş və “Amerika” adlandırılan unitaz 2016-cı ildə ABŞ-ın Quqqenheym Muzeyində nümayiş etdirilib. Burada 100 min insan unitazdan istifadə etmək üçün növbəyə düzülüb. Daha sonra Blenheym sarayına köçürülüb və Uinston Çörçilin doğulduğu otaqla üzbəüz kupeyə qoyulub.

Oğurluq zamanı santexnika sisteminə qoşulmuş unitazı sökərkən binanı su basıb və 18-ci əsrə aid sarayın tikilisinə ciddi ziyan dəyib.

Kattelan oğurluqdan sonra bunun zarafat olduğuna ümid etdiyini deyib və əlavə edib: “Kim unitaz oğurlayacaq qədər axmaq ola bilər” – sualını verib.

Sarayın sahibi olan Marlboro hersoqunun ögey qardaşı Edvard Spenser-Çörçill oğurluqdan əvvəl unitazın asanlıqla oğurlana bilməyəcəyini düşündüyünü demişdi: “Birincisi, o, santexnika ilə bağlı idi və ikincisi, oğru ən son kimin istifadə etdiyini və nə yediyini bilməyəcək”.

 

Oğurluq necə baş verib?

 

Oğurluq hadisəsi 2019-cu il sentyabrın 14-də səhər saat 04:50 radələrində baş verib. İki oğurlanmış maşın sürətlə sarayın bağçasına daxil olub.

Üç quldur qalın taxta qapını lom və gürzlə sındıraraq saraya soxulublar. Onlar unitazı çıxarıb, yuvarlayıb “VW Golf”un baqajına qoyublar.

Şinin oğurluqdan sonrakı saatlarda qızılı satmağı planlaşdırdığı müəyyən edilib. Qızılın müxtəlif ərazilərə daşınaraq sürətlə əridildyi güman edilir.

 

Polis şübhəliləri necə yaxaladı?


Cons 16 oktyabr 2019-cu ildə nəzarətə götürülüb. Onun telefon qeydləri araşdırılan zaman onun oğurlanmış unitazla bağlı xəbərləri araşdırdığı məlum olub.

Temza Vadisi Polisinin məlumatına görə, Dou Şin ilə əlaqə saxlayıb və qızıla alıcı tapmağı təklif edib. İkili qızıl külçələr üçün kod adı olaraq “maşın” sözünü seçib və hər birinin qiymətini 26 min funt sterlinq təşkil edib.

Səlahiyyətlilər oğurlanmış qızıl unitazın bərpasının çətin olduğunu deyib.