

İmamoğlu milli adam deyil, türklük vizyonu yoxdur
Mansur Yavaş: “Bu hadisədən sonra Türkiyənin AB-yə qəbulu mümkün deyil”
İmamoğlunun həbsindən sonra İBB-dən ilk açıqlama
Əkrəm İmamoğlu üçün verilən həbs qərarından sonra valyuta qiymətlərində partlayış
Jurnalist İsmayıl Saymaz “Gezi parkı” istintaqı ilə bağlı həbs olunub
Terror təşkilatı liderləri Cəmil Bayık və Mustafa Qarasu ilə bağlı təfərrüatlar
Səhər saatlarında başlanan həbslər iqtisadiyyatı çökdürdü
100 nəfərin saxlanılması ilə nəticələn əməliyyat üzrə iki cinayət işi açılıb
İBB daxil olmaq iki rayon bələdiyyəsində axtarışlar başlayıb, 100 nəfər həbs olunub
Türkiyədə Əkrəm İmamoğlunun diplomu ləğv edilib
Zəfər çərşənbəmiz mübarək
Görüşdə Türkiyə ilə ABŞ arasında ikitərəfli əlaqələr, regional və qlobal məsələlər müzakirə edilib
Casus şəbəkə Ankara ilə Tehran arasında gərginliyi bir az da artırıb
Azərbaycanın D-8-ə üzvlüyü rəsmiləşdi
Çanaqqala – Türk böyüklüyünün imtahan savaşı
Rusiya Ukrayna burulğanından çıxsa növbəti düzərgahı Cənubi Qafqaz olacaq
İstanbul Böyükşəhər Bələdiyyə sədri Əkrəm İmamoğlu səhər saatlarında keçirilən əməliyyatda saxlanılıb. İstintaq çərçivəsində 100 nəfər barəsində həbs qətimkan tədbiri seçilib. Baş Prokurorluğun istintaqla bağlı verdiyi açıqlamada İmamoğlu üçün “cinayət şəbəkənin lideri” ifadəsi işlədilib.
Əməliyyata reaksiya verən bir çox insan demokratiya xəbərdarlığı edib.
CHP sədri Özgür Özəl: “Növbəti prezidentimizə qarşı çevriliş cəhdi ilə qarşı-qarşıyayıq... Millətimiz dövlətini sevir, amma dövləti kimlərsə millətə qarşı çıxarsa, millət buna imkan verməz. Əsl güc millətdir və sonda millət qalib gəlir... Yenə də belə olacaq. Biz təslim olmayacağıq. Sonda xalqın iradəsi və Türkiyə qalib gələcək”.
Ankara Böyükşəhər Bələdiyyə sədri Mansur Yavaş: “Əvvəllər ədliyyəyə gedib ifadə verən bələdiyyə sədrinin bu gün həbsə atılması nəyin göstəricisidir? Həqiqətən ədalət axtarırsansa, ilk növbədə hüququn əsas prinsiplərinə əməl etməlisən”.
CHP Qrup sədr müavini Əli Mahir Başarır: “O qədər qorxu içindədirlər ki, İstanbul valiliyi metro xidmətlərini dayandırmaqla, küçələri bağlamaqla insanların həyatına zərbə vururlar. Meydanlara çıxışı təmin edən metro stansiyalarını bağlasanız, yolları şlaqbaumlarla əhatə etsəniz də, hamısı əbəsdir. Xalqın qarşısında dayana bilməyəcəksiniz”.
CHP İstanbul rayon sədri Özgür Çəlik: “Hazırda siyasiləşmiş məhkəmə sistemi vasitəsilə demokratiyaya qarşı çevrilişə cəhd edirlər. Bu cinayətdir! Cinayətkarlar tarix qarşısında cavab verəcəklər. Bizim bürokratiya və hüquq-mühafizə orqanları bu cinayətdə şərik olmamalıdır. Bu çevriliş cəhdi millətimizin vicdanında pislənəcək”.
CHP-nin sədr müavini Burhanəddin Bulud: “Qanun yoxdur, onlar siyasəti məhkəmə vasitəsilə, ədliyyə dəhlizlərində dizayn edirlər. Milyonlarla vətəndaşın səsi ilə seçilən İstanbul Böyükşəhər Bələdiyyə sədri Əkrəm İmamoğlu və həmkarlarımız həbsdədir. Bu həbslər xalqın iradəsinə, demokratiyaya, qanunun aliliyinə zərbədir. Sarayın qanunsuzluğuna təslim olmayacağıq, hər bir üzvümüzlə birlikdə müqavimət göstərəcəyik”.