vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 19 mart 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Dünya ümumiyyətlə quruculuqla, tikib-yaratmaqla yaşayıb, inkişaf edib»

Heydər Əliyev (1923 - 2003)
AMERİKA  
07:44 | 19 mart 2025 | Çərşənbə Məqaləyə 11 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

80 min səhifə açığa çıxdı

ABŞ-ın keçmiş prezidenti Kennedinin qətli ilə bağlı 1123 sənəd yayılıb

MEHİN

MÖVZU İLƏ ƏLAQƏLİ

ABŞ-ın keçmiş prezidenti Con Kennedinin qətli ilə bağlı təxminən 80 min səhifəlik sənəd yayılıb.

ABŞ Milli Arxivlər və Qeydlər İdarəsinin saytında Kennedinin qətli ilə bağlı 1123 sənəd ictimaiyyətə təqdim edilib.

ABŞ ictimaiyyətində illərdir müzakirə edilən Kennedinin qətli ilə bağlı təxminən 80 min səhifəlik sənəd açıqlanıb. Daha əvvəl sui-qəsdlə bağlı sənədləri araşdıran analitiklər ABŞ mediasına bildiriblər ki, yeni dərc olunmuş sənədlərdən hər hansı bir şeyin ortaya çıxma şansı zəifdir.

ABŞ prezidenti Donald Tramp dünən sənədlərin açıqlanacağını açıqladı və insanların bunu “on illərdir” gözlədiklərini bildirmişdi.

***

Yanvarın 23-də Tramp keçmiş prezident Kennedinin öldürülməsi ilə bağlı məxfi sənədlərin ictimaiyyətə açıqlanmasını tələb edən sərəncam imzalayıb.

Fərman Kennedinin, onun qardaşı Robert Kennedinin və Martin Lüter Kinqin qətli ilə bağlı bütün sənədlərin ictimaiyyətə açıqlanmasını tələb edir.