vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 19 mart 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Əbülfəz Elçibəy (1938 - 2000)

«Demokratiya bəzi xalqlara mənəvi qidadırsa, bizim üçün dərmandır»

Əbülfəz Elçibəy (1938 - 2000)
ELM-TEXNİKA  
01:11 | 19 mart 2025 | Çərşənbə Məqaləyə 15 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

9 ay bağlı qaldılar

NASA astronavtları Yerə qayıtdı

Eltac YÜZBAŞOV

MÖVZU İLƏ ƏLAQƏLİ

Təxminən doqquz aya yaxın Beynəlxalq Kosmik Stansiyada (BKS) qapalı qalan iki astronavt “SpaceX”in Dragon kapsulu ilə Yerə qayıdıb.

ABŞ Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsi (NASA) aylarla kosmosda qapalı qalan Butç Uilmor və Sani Uillyamsın enişini canlı yayımlayıb.

BKS-də qapalı qalan astronavtları müşayiət edən NASA astronavtı Nik Heyq və rus kosmonavt Aleksandr Qorbunov təxminən 17 saat davam edən səyahətdən sonra uğurla Yerə enib.

Astronavtlar yerli vaxtla saat 17:57 radələrində Florida sahillərinə eniblər.

Uillyams və Uilmor 5 iyun 2024-cü ildə “Boeing”in yeni Starliner kapsulunda bir həftəlik sınaq uçuşu üçün ISS-ə göndərildi.

Lakin “Starliner”də yaranan texniki problem səbəbindən iki astronavtın qayıdış tarixi təxirə salındı və NASA kapsulun boş qayıtması barədə göstəriş verib.

***

Təxminən 9 aydır BKS-də qapalı qalan 2 astronavtı əvəz edəcək yeni ekipaj “Space X”in Dragon kapsulu ilə martın 16-da BKS-ə gəlib.

ABŞ, Yaponiya və Rusiyadan olan üzvlərdən ibarət “Crew-10” komandası bir neçə gün ərzində Uilmor və Uillyamsdan BKS haqqında təlim almışdı.

“Crew-10” komandasına missiya komandiri Enn Makkleyn və NASA-dan missiya pilotu Nikol Ayers, həmçinin Yaponiya Aerokosmik Tədqiqatlar Agentliyindən (JAXA) Takuya Onishi və Rusiya Federal Kosmik Agentliyindən (Roskosmos) Kirill Peskov daxildir.