vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 12 mart 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Müstəqillik yolu qədər çətin yol yoxdur»

Heydər Əliyev (1923 - 2003)
AVTO  
07:21 | 26 fevral 2025 | Çərşənbə Məqaləyə 233 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Tesla”nın bazar dəyəri düşüb

Yeni fəaliyyəti İlon Maskın biznesini vurdu

ELŞAD

MÖVZU İLƏ ƏLAQƏLİ

ABŞ-ın elektrikli avtomobil istehsalçısı “Tesla”nın bazar dəyəri Avropada satışların azaldığını göstərən məlumatların ardınca səhmlərinin dəyər itirməsi nəticəsində 1 trilyon dollardan aşağı düşüb.

Amerikalı milyarder İlon Maska məxsus şirkətin səhmlərinin qiyməti çərşənbə axşamı 8,39 faiz azalaraq 302,8 dollar olub. Səhmlərinin azalması ilə “Tesla”nın bazar dəyəri 1 trilyon dollardan aşağı düşüb.

Beləliklə, “Tesla” 973,96 milyard dollar bazar dəyəri ilə dünyanın ən dəyərli şirkətləri arasında 10-cu yeri tutub.

Avropa Avtomobil İstehsalçıları Assosiasiyasının (ACEA) açıqladığı məlumatlara görə, Avropada “Tesla” markalı avtomobil satışları yanvar ayında keçən ilin eyni dövrü ilə müqayisədə 45,2 faiz azalıb.

Analitiklər 2024-cü il noyabrın 5-də ABŞ-da keçirilən prezident seçkilərində Donald Trampın qalib gəlməsindən sonra “Tesla”nın populyarlığının azaldığını bildiriblər.

Trampın seçkilərdə qalib gəlməsindən sonra əldə etdiyi qazancların böyük hissəsini itirən “Tesla” səhmləri ilin əvvəlindən bu yana 25 faiz dəyər itirib.