Nüvə arsenalına 119 milyard xərclənib
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
07:41 | 26 fevral 2025 | Çərşənbə
Məqaləyə 617 dəfə baxılıb
Şriftin ölçüsü
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Pentaqon üç nəhəng Çin şirkətini qadağa olunanlara əlavə etdi
Ekipaj xilas edildi
Məhkəmə Trampın 100 min dollarlıq rüsum qərarını ləğv etdi
Trampdan Netanyahuya xəbərdarlıq
Trampdan İsrail və İrana çağırış
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
ABŞ Prezidenti Ankaradakı NATO sammitində iştirak edəcək
Küveyt iranlı diplomatları ölkədən qovdu, Hörmüzdə qarşılıqlı atəş
“Brent” 100 dollara yaxınlaşdı
Qarşılıqlı hücumlar bölgədə gərginliyi artırdı
Oman körfəzində gərginlik
Vaşinqton mümkün hərbi ssenariləri müzakirə edir
Pekin Vaşinqtonun mümkün nüvə zərbəsinə qarşı səhrada böyük bunkerlər tikir
ABŞ–İran razılaşması xəbərləri bazara təsir göstərdi
ABŞ prezidenti Donald Tramp ölkədə iş yeri açacaq xarici səhmdarlara yaşayış icazəsi və vətəndaşlıq yolunu açacaq “qızıl kart”ı 5 milyon dollara satacaqlarını açıqlayıb. Tramp bu sözləri Oval Kabinetdə icra sərəncamlarını imzaladıqdan sonra deyib.
“Bu karta təxminən 5 milyon dollar qiymət etiketi qoyacağıq və bu, sizə “yaşıl kart” imtiyazlarını verəcək və eyni zamanda vətəndaşlıq üçün bir qapı olacaq”, – deyə Tramp bildirib.
Zəngin insanların bu kartı alıb ABŞ-a gələcəyini bildirən Tramp bu insanların çoxlu pul xərcləyəcəklərini, çoxlu vergi ödəyəcəklərini və çoxlu işlə təmin edəcəklərini bildirib.
Tramp bunun son dərəcə uğurlu olacağını düşündüklərini və növbəti iki həftə ərzində proqramı təqdim edəcəklərini bildirib.
Bu kartların 1 milyon və ya daha çoxunu sata biləcəklərini ifadə edən Tramp, “Məsələn, 1 milyon kartın dəyəri 5 trilyon dollar olacaq. 10 milyon kart satsaq, ümumilikdə 50 trilyon dollar olacaq. 35 trilyon dollar borcumuz var, bu, yaxşı olardı, görəcəyik”, – deyib.
Bütün ölkələrdən insanların bu qızıl kart üçün uyğun olub-olmayacağı sualına Tramp bunun vəziyyətdən asılı olaraq dəyişəcəyini və bu kartın satılacağı insanların diqqətlə araşdırılacağını bildirib.
Rusiyalı oliqarxın qızıl kart almaq hüququ olub-olmayacağı ilə bağlı suala Tramp belə cavab verib: “Bəli, yəqin. Bəzi rus oliqarxlarını tanıyıram, onlar çox yaxşı insanlardır”.
“EB-5 investor vizası” proqramı başa çatır
Ticarət katibi Hovard Lutnik də “EB-5 investor” vizasını cəfəngiyyat adlandırdı və bunun yaşıl kartı aşağı qiymətə əldə etməyin bir yolu olduğunu bildirib. EB-5 proqramını bitirəcəklərini deyən Lutnik Trampın bu proqramı “qızıl kart”la əvəz etmək istədiyini açıqlayıb.
“Əlbəttə ki, onlar yoxlanışdan keçməli olacaqlar, lakin onlar dünya standartlarına uyğun böyük qlobal vətəndaşlar olduqlarına əmin olmaq üçün Amerikaya gələ bilərlər” – deyən Lutnik qızıl kartları satılacaq şəxslərdən bəhs edib.
Lutnik qeyd edib ki, bir çox başqa ölkələr, o cümlədən onun “51-ci dövlət” kimi təsvir etdiyi Kanada da bu proqramı həyata keçirib.
Yaşıl kart sahiblərinə ABŞ-da qeyri-müəyyən müddətə yaşamaq və işləmək hüququ verir.
ABŞ-da sərmayəçi immiqrantlar üçün nəzərdə tutulmuş bu proqram həm də ölkəyə müəyyən məbləğdə investisiya yatırmaqla və iş yerləri yaratmaqla yaşıl kart əldə etməyə imkan verir.