vaxtlı-vaxtında oxuyun! Bazar ertəsi, 17 mart 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Seyid Cəfər Pişəvəri (1892 - 1947)

«Ancaq topların ağzından açılan atəş haqq sözüdür»

Seyid Cəfər Pişəvəri (1892 - 1947)
ELM-TEXNİKA  
09:12 | 17 mart 2025 | Bazar ertəsi Məqaləyə 33 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Marsın milyon illik sirri

NASA-nın qırmızı planetin keçmişi ilə bağlı mühüm ipuçlarını əldə edib

Eltac

MÖVZU İLƏ ƏLAQƏLİ

NASA-nın “Perseverance” qurğusunun lazer analizi ilə Marsın səthindəki qəribə qayaları təhlil edərək qırmızı planetin keçmişi ilə bağlı mühüm ipuçları əldə etdiyi bildirilir. Marsın “Jezero” kraterində aşkar edilən açıq rəngli süxurlarda çox isti və rütubətli şəraitdə əmələ gələ biləcək minerallar var. Bu, planetin əvvəllər düşünüldüyündən çox fərqli bir yer ola biləcəyini göstərir.

ABŞ-ın “Purdue” Universitetindən planetşünas alimi Rocer Vins bildirib ki, Yer kürəsində bu cür minerallar çoxlu yağışların olduğu isti iqlimlərdə və ya isti bulaqlar kimi hidrotermal sistemlərdə əmələ gəlir. Vins, bu mineralların qayaların uzun müddət axan suda qalması nəticəsində əmələ gəldiyini ifadə edərək, “İsti su, zamanla qayalardan bütün həll olunan elementləri çıxararaq, geridə yalnız ən davamlı elementləri buraxır. Mars kimi soyuq və quru planetdə belə bir kəşfin edilməsi həqiqətən təəccüblüdür”.

***

NASA-nın “Perseverance” qurğusu “Jezero” kraterində aşkar edilən və ətrafı ilə uyğun gəlməyən açıq rəngli qayaları araşdırıb. Bu tip süxurlar sonradan tapıldıqları bölgəyə daşındıqları üçün “yerüstü süxurlar” adlanır. Tədqiqatçılar “Perseverance”ə “Laser Stimulated Dissociation Spectroscopy” adlı texnologiyadan istifadə edərək bu qayaları öyrənmək tapşırığı verdilər. Bu texnika qayaların içinə lazer vuraraq onların tərkibini təhlil edir. Lazer mineralın kiçik bir hissəsini buxarlandıraraq onun atomlarını və ionlarını hərəkətə gətirir. Sonra, spektroskopiya cihazı mineralın tərkibini müəyyən etmək üçün yayılan işığı yoxlayır. Nəticələr alimləri təəccübləndirib. Vins kəşfin gözlənilməz olduğunu deyib: “Bu qayalar Marsda əvvəllər gördüyümüz heç bir şeyə bənzəmir”.

***

Təhlillər süxurların əsasən “kaolinit” adlanan yumşaq, ağ silikat gil mineralından ibarət olduğunu ortaya qoydu. Marsdakı kaolinit Yerdəkindən daha sərt idi. Bunun Marsda müxtəlif eroziya şərtləri ilə əlaqədar olduğu düşünülür. Tədqiqatçılar qayalarda şpinel adlı başqa mineralın izlərini də aşkar ediblər. Spinel Yer üzündə tərkibində maqnezium alüminium olan qiymətli daş kimi tanınır. Lakin onun Marsdakı kaolinit süxurlarında necə əmələ gəldiyi hələ məlum deyil. Elm adamları bu mineralın həm vulkanik, həm də metamorfik proseslər nəticəsində əmələ gələ bilən alüminium baxımından zəngin bir növ ola biləcəyini düşünürlər.