

45 faizlik idxal göstəricisi dilerləri qanunsuzluğa vadar edir
Rusiyada avtomobil satışı pik həddinə çatıb
Əlil arabalarından istifadə edən insanların hərəkətinin asanlaşacağı gözlənilir
Elektromobillər yeni batareya texnologiyası ilə 1 milyon kilometr qət edəcək
Avstriyada sürət həddini aşan sürücülərlə bağlı yeni qanun
Anarxistlər 8 ölkədə təxribatın davam edəcəyini bildiriblər
Ölkəyə daha çox köhnə dizel avtomobilləri gətirilir
Yollarda görünüş məsafəsi ciddi ölçüdə məhdudlaşacaq
Müasir avtomobillər sükan arxasında oturandan durana qədər hər şeyi qeyd alır
Yaxud bir ekoloji problemi həll üçün digərini yaratmaq
İranın yerli avtomobilləri və “maşın mafiyası”
Sanki binaların qarşısında avtomobillərdən barrikada qurulur
Yaxud “Tompson” avtomatlı “Traffic canavarı”
3 il ərzində 4600 nəfəri işdən çıxarılacaq
Maşın alanda diqqətli olun
Reklam, yoxsa antireklam?
Elektrikli nəqliyyat vasitələrinin akkumulyatorlarının qiyməti “kritik həddi” keçib ki, bu da onların istehsalını qalıq yanacaqla işləyən avtomobillərdən daha ucuz edəcək.
Bu yaxınlarda açıqlanan rəqəmlərə görə, yanacaqla işləyən avtomobillərin qlobal satışları artıq pik həddinə çatıb.
Beynəlxalq Enerji Agentliyinin (IEA) və “OurWorldinData”nın məlumatları göstərir ki, qeyri-elektrik avtomobillərin satışı 2018-ci ildə rekord həddə - 83,7 milyona çatıb və o vaxtdan bəri azalır.
Elektrikli avtomobillər 2023-cü ilə qədər dünyada satılan bütün yeni avtomobillərin 18 faizini təşkil edib. 2022-ci ildə bu rəqəm 14 faiz idi.
2018-2023-cü illər arasında yanma mühərrikli avtomobillərin qlobal satışları dörddə bir azalaraq 83,7 milyondan 62,8 milyona düşüb.
Məlumatlar həmçinin göstərir ki, son illərdə avtomobil satışları ümumiyyətlə azalıb.
Elektrikli avtomobillərin ən yüksək nisbətinə malik ölkə Norveçdir və bu sektora böyük subsidiyalar verir.
Skandinaviya ölkəsində satılan 10 yeni avtomobildən 9-dan çoxu elektriklə işləyir, Böyük Britaniyada isə bu rəqəm cəmi 20 faizdir.
Avtomobil bazarı “Auto Trader”in dekabrda proqnozlaşdırdığı hesabatda elektrikli avtomobillərə doğru “böyük sürüşmə” nəticəsində Britaniya yollarında ətrafı çirkləndirən avtomobillərin sayı yaxın 10 il ərzində 40 faizdən çox azalacaq.
BEA-nın son rəqəmləri göstərir ki, hazırda yollarda şütüyən 20 milyondan çox akkumulyatorla işləyən avtomobil Çin istehsalıdır və bu dünyada elektrik avtomobillərinin insanlar tərəfindən mənimsənilməsində ən böyük göstəricidir.
Elektrikli nəqliyyat vasitələrinə keçid daha təmiz enerji mənbələrinə, məsələn, nüvə və bərpa olunan enerji mənbələrinə doğru daha böyük keçiddən sonra baş verir.
Keçən il nəşr olunan bir araşdırma, batareyaların və digər bərpa olunan texnologiyaların ucuzlaşmasının son illərdə qalıq yanacaqlardan uzaqlaşmanı sürətləndirdiyini göstərdi.
Berlində yerləşən “Mercator” Qlobal Müştərək Cəmiyyətlər və İqlim Dəyişikliyi Tədqiqatları İnstitutunun (MCC) hesablamaları aşkar edib ki, qalıq yanacaqla yaradılan enerji tezliklə iqtisadi cəhətdən sərfəli olmayacaq.
“2050-ci ilə qədər dünyanın bütün enerji istehlakı günəş texnologiyası və digər bərpa olunan enerji mənbələri hesabına tamamilə və sərfəli şəkildə ödənilə bilər”, – deyə araşdırmaya rəhbərlik edən Feliks Kreytsiq bildirib.
“Benchmark Mineral Intelligence” enerji analitik firmasının ayrı bir araşdırması, elektrikli avtomobil akkumulyatorlarının qiymətinin “kritik həddi” keçdiyini və onların istehsalını qalıq yanacaqla yanan avtomobillərdən daha ucuz etdiyini tapdı.