“Dulusçu” Fransada ələ keçdi
“İzolyasiya” həbsxanasının ən qəddar işçisini ən ağır cəza gözləyir
19:54 | 14 aprel 2025 | Bazar ertəsi
Məqaləyə 180 dəfə baxılıb
Şriftin ölçüsü
“İzolyasiya” həbsxanasının ən qəddar işçisini ən ağır cəza gözləyir
Ləğv olunan reyslər artır, biletlər bahalaşır
Yaxud tarixşünaslığı ədəbiyyata dəyişən yazıçı və dramaturq
Fransa müstəmləkə dövründə oğurladığı mədəni sərvətlərin qaytarılmasını qanuniləşdirdi
Pezeşkian: “Hörmüz boğazına təhdid qlobal nəticələr doğura bilər”
Makron sonrası siyasi boşluq və ifrat sağın yüksəlişi
Qorxaq, ikiüzlü, prinsipsiz demokratik “çoxluq seçimi” olanlar sivilizasiyanı batırır
Fermerlər aksiyanı Milad günlərində də dayandırmadı
Fransa Baş qərargah rəisinin çıxışı ölkədə ciddi etirazlara səbəb oldu
Fransada hökumətdən xalqa çağırış
Fransada çörəyin içindən çıxan qorxutdu
Fransa müdafiə büdcəsini rekord səviyyəyə qaldırır
Batareyada tapılan qüsur qəza riskini artırır
1,5 milyon avroluq qızıl eksponat oğurlayan çinli İspaniyada ələ keçdi
Hökumət CSG islahatını həyata keçirməyə hazırlaşır
Xəbər saytında yazılan məqalə Fransanı qarışdırdı
Fransada avtomobil oğurluğu rekord həddə çatdığı üçün ən çox oğurlanan avtomobil modelləri məlum olub. 2024-cü ildə cəmi 70.460 avtomobil oğurlanıb. Argos və “France Assureurs” tərəfindən hazırlanan illik hesabata görə, ən çox oğurluq böyük şəhərlərin yerləşdiyi ərazilərdə baş verib.
Avtomobil oğurluğu xüsusilə Rona, Buş-du-Ron və Nord kimi böyük şəhər ərazilərində yüksəkdir. Bu şəhərlərin strateji yerləşməsi və xaricə çıxış qapılarına yaxın olması cinayətkarlar üçün üstünlük təşkil edir. Lil və Lion kimi şəhərlər magistral əlaqələrinə görə cinayət təşkilatları üçün cəlbedicidir.
***
Oğruların ən çox üstünlük verdiyi avtomobillər arasında “Renault Clio IV”, “Peugeot” 3008 II və 308 II kimi modellər var. Bu avtomobillər ikinci əl bazarında asanlıqla satıla bildikləri üçün və təhlükəsizlik zəifliklərinə görə hədəfə çevrilirlər. Son illərdə cip model və “Berlinet” tipli iri avtomobillər də oğruların əsas hədəfinə çevrilib.
Bundan əlavə, cinayətkar təşkilatlar oğurlanmış avtomobilləri aşkar etməmək üçün müəyyən rənglərə üstünlük verirlər. Ağ, qara və boz avtomobillər daha çox oğurlanır, sarı və qırmızı kimi diqqəti çəkən rənglərə isə daha az üstünlük verilir.
Fransanın hakimiyyət orqanları artan avtomobil oğurluğu ilə mübarizə üçün təhlükəsizlik tədbirlərini artırmağı planlaşdırır. Nəqliyyat vasitələri sahiblərinə təhlükəsizlik sistemlərini gücləndirmələri və parkinq yerlərini diqqətlə seçmələri tövsiyə olunur.