
Əyləc və yanğın riski
Minlərlə “Mercedes-Benz” geri çağırıldı
Minlərlə “Mercedes-Benz” geri çağırıldı
Parkinq ödəmələrindən qaçmaq üçün nömrənizi gizlədənlərə qarşı bir avtomobilin qiyməti cərimə
Hissələr pulsuz dəyişdiriləcək
Fransada ölümlə nəticələnən yol qəzalarına səbəb olanlara ağır cəza
Şəhərin mərkəzində avtomobil qadağası ilə bağlı referendum
Ağ Evin yaxınlığındakı şübhəli avtomobildə axtarış aparılıb
Avropada 10 sürücüdən 6-sı təkər dəyişdirməyi bilmir
Almanların sevimli maşını müəyyənləşib
Avtomobillər üçüm ən bahalı çimərlik dayanacağı 50 avrodur
Dəhşətin səbəbi elektrikli nəqliyyat vasitələri
Avtomobil satışları aylıq tendensiyasını 100 mindən yuxarı saxlayır
“Mercedes”in olmadığı siyahıda “Prius”un yeri hər kəsi çaşdıracaq
Qırmızı işıqda makiyaj etməklə təhlükəsizlik kəmərii taxmamağın cəriməsi eyni oldu
Ad günü kartını oxuyan gənc 3 ildir ki, yalanla yaşadığını anlayıb
“Volkswagen” və “Mercedes”dən sonra “BMW” də tənəzzüldədir
Almaniyada ikinci əl elektrikli avtomobillərə tələbat artır
Ötən il Azərbaycana idxal olunan avtomobillərin 45 faizi paralel idxaldır. El arasında “Boz bazar” adlanan bu idxal qeyri-rəsmi gətirilən avtomobillərə aid edilir. Yəni vətəndaş avtomobili rəsmi servis mərkəzindən yox, özü birbaşa daha ucuz qiymətə Çindəki istehsalçı şirkətdən alır. Açıqlanan rəqəm Azərbaycanda avtomobil satışı ilə məşğul olan sahibkarları və dilerləri narahat edib. Məlumatlara görə onlar dövlətə, vətəndaşın belə alışlarına məhdudiyyətlər gətirilməsi üçün federasiyaya müraciətlər ediblər.
Hətta bununla bağlı məhdudiyyətləri əks etdirən təklif hazırlayıblar.
Vətəndaşın seçim imkanına məhdudiyyətlərə qoymaqla sahibkarın hüququ tənzimlənə bilməz. Ümumiyyətlə sahibkarlar hansısa avtomobil istehsal edir ki, hüquqları da qorunsun? Avtomobili bir yana, heç olmasa bir təkər istehsal edirlərmi? Bu baxımdan tənzimləmə sahibkarı yox, alverçini qorumaq məntiqi olardı.
Yaxud Azərbaycandakı dilerlər ölkə iqtisadiyyatına nə qədər fayda verir ki? Nə qədər kütləvi iş yeri və salonu var ki, dövlət onları qorusun? Vətəndaş avtomobil gətirəndə vergisini və rüsumunu ödəyir, dövlətə xeyir verir. Bəlkə avtomobil satışı ilə məşğul olan sahibkar ondan artığını edir?
Sahibkarlar belə direktiv qərarları yox, maarifləndirməni seçməlidirlər. Rəsmi satıcılar daha üstün şərtlər – servis, xidmət, ehtiyat hissələri, bazara uyğun xüsusi imkanlar, dil dəstəyi və s. təqdim etməklə alıcını cəlb etməlidir. Onsuz da sərfəli şərtlər təklifi olanda bunu bəyənənlər avtomobili onlardan alacaq.
Dilerlər isə təbliğat, reklam aparan bloqerlər, influencerlərlə doğru mesaj vermir. Əgər dövlət bir qadağa qoyacaqsa, bu, həm sahibkar, həm də adi vətəndaş üçün eyni olmalıdır. Məsələn, ABŞ Çin brendlərinə 100 faiz rüsum tətbiq edib. Bu rüsumlarda sahibkar və vətəndaş ayrı-seçkiliyi qoyulmur.
Hazırda dövlətin strateji baxışı məhz avtomobil parkını yeniləməkdir. Hibrid və elektrik avtomobillərinə olan güzəştlər, xarici bazara əlçatanlıq ucuz avtomobil almağa imkan yaradıb. Dövlətin bu strategiyası nəticəsində insanlar daha sərfəli şərtlərlə təzə maşın alırlar. Bu cür də davam etməlidir. Sahibkarlar isə direktiv qərarlardan mədət ummamalı, azad rəqabətə uyğunlaşmalıdırlar.