vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 12 mart 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)

«Bir kərə yüksələn bayraq bir daha enməz!»

Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)
DƏB  
16:48 | 12 fevral 2025 | Çərşənbə Məqaləyə 576 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“CD” – Cavik Dayselman

Bakıda “Christian Dior” ayaqqabısı necə tapıldı?

Zaur ƏLİYEV, dosent

1968-ci ildə Moskva Dövlət Universitetinin Sonya adlı tələbəsi ailə qurmağa hazırlaşır. O dövrdə elit ailələrdə brend geyimlər geyinmək dəb idi və bunların əldə edilməsi çox çətinliklə mümkün idi. Sovetlərin bütün iri şəhərlərində çox nadir halda dünya brendlərinin geyimlərini tapmaq üçün geniş əlaqələr lazım idi.

Sonya isə imkanlı ailədən olduğu üçün o dövrdə məşhur olan Bricit Bordonun filmdə geyindiyi “Christian Dior” markasından olan ağ tuflilərdən istəyirdi. Bütün şəhərlərə xəbər salınandan sonra buna xəbər verirlər ki, Bakıda, “Kubinka” adlanan yerdə tapa bilərsən ancaq.

O illərdə Bakıda “Kubinka” bazarı vardı. Qabaqlar orda yaxşı alver gedirdi, kim nə istəyirdi, həmin bazardan tapırdı. Elə ona görə də buraya “Kubinka” deyirdilər.

Sonya təcili nişanlısı ilə Bakıya gəlir, qohumları bunları görməyə gələndə burada yaşayan Motya adlı əmisi ona üzərində “CD” yazılan 36 ölçü tufli hədiyyə edir və deyir ki, “Kubinka” bazarından alıb. “CD” insialı isə “Christian Dior” deməkdir.

Qız xoşbəxt halda Moskvaya qayıdır və toyu olur. Bu bahalı tufli nəsildən nəsilə keçir və hər dəfə bunlardan gənc ailə quranda onu geyinirdi.

Ailənin nəvələri Amerikaya köçür və 2018-ci ildə onlarda toya hazırlıq gedir və tufli köhnəlib zədə aldığı üçün Nyu-Yorkda 80 yaşlı pinəçinin yanına gəlirlər. Pinəçi bun tufliyə baxır, təmir edir və təqdim edəndə deyir ki, bu orijinal “Christian Dior” deyil.

Qız buna təəccüblə baxıb soruşur ki, “Siz bunu hardan bilirsiniz?”

Pinəçi, “Qızım mən 1989-cu ilə qədər Bakıda yaşamışam, ayaqqabı ustası idim. Özüm yəhudiyəm. Sərhədlər açılan kimi doğma Bakını tərk edib Nyu-Yorka köçmüşəm və hazırda da burada sevdiyim işi davam edirəm. O dövrdə mən belə ayaqqabıların eynisini yaradırdım və yaxşıça qazanırdım. Tufli üzərində olan “CD” əslində “Christian Dior” deyil, mənim insiallarımdır – Cavik Dayselman”.