

Artımın nələrə təsiri olacaq?
Yeni məbləğlər ...
Hər 100 manata ...
Dəyişiklik təqaüdçülərə nə vəd edir?
“Vahid indeksasiya metodu ilə hesablama inflyasiyanın nəzərə alınmasına imkan verəcək ...”
Pensiyası haqqında qanunda dəyişiklik təsdiqləndi
“Əmək pensiyaları haqqında” Qanuna dəyişiklik haqqında...
Vəfat edən ailə başçısının təqaüdü ailə üzvləri arasında bölüşdürüləcək
Vətəndaşlar aldıqları vəsaitin pensiya, yoxsa müavinət olmasına diqqət yetirməsi vacib
Nazirlər Kabinetinin 71 yaşlı yeni rəhbəri kimdir?
Novruz Məmmədov: “Daha çox işləmək lazımdır”
Meydana çıxan bəzi sualların cavabları sakinləri düşündürür
Ekspert çıxış yolunu iqtisadiyyatın liberallaşdırılması yönündə konkret addımların atılmasında görür
Azərbaycanda 330 minə yaxın ahıl vətəndaş var
Prezident bir gündə iki fərman imzaladı
Baş nazir müavini əsəbiləşdi
Rəsmi statistikaya əsasən, bu ilin yanvar ayında Azərbaycanda orta aylıq əmək haqqı 12,8 faiz artaraq 1062,9 manata çatıb. Aylıq maaş artımının iki rəqəmli olması bu ildən minimum və eləcə də bir sıra sektorlarda əmək haqqı artımları ilə bağlıdır. Yeni sosial paketin icrasına başlanılması ölkə üzrə orta aylıq əmək haqqı məbləğinə də müsbət təsir edib.
Bu ilki sosial paket 3 milyondan çox vətəndaşımızı əhatə edəcək və bu məqsəd ilə əlavə olaraq 1.5 milyard manatdan çox əlavə vəsaitin ayrılması nəzərdə tutulub. Bu isə o deməkdir, sosial paket maaş və pensiya artımları ilə məhdudlaşmayacaq. Cənab Prezidentinin tapşırığına uyğun olaraq Nazirlər Kabineti müavinət və təqaüdlərin artırılması ilə bağlı təkliflərin hazırlanmasını yekunlaşdırmaqdadır.
“Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında” Azərbaycan Prezidentinin Sərəncamı 23 dekabr 2024-cü ildə imzalandığını və Nazirlər Kabinetinə 3 ay vaxt verildiyini nəzərə alsaq, bu həftə sosial müavinət və təqaüdlərin artırılması ilə bağlı rəsmi təkliflərin təqdim ediləcəyi gözlənilir. Daha sonra sosial paketin növbəti istiqaməti olaraq yeni artımlar olacaq.
Beləliklə, sosial paketin növbəti mərhələsində müavinət və təqaüdlərdə artımlar həyata keçiriləcək. Bu isə 2025-ci ildə sosial paketin daha dərinləşməsi və daha çox vətəndaşımızın sosial təminat tədbirlərindən faydalanmasına imkan yaradacaq.