Pensiyalar nə qədər artacaq?
“Vahid indeksasiya metodu ilə hesablama inflyasiyanın nəzərə alınmasına imkan verəcək ...”
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Çin pensiya yaşını artırır
Könüllük əsasında ...
-
Pensiyalar nə qədər artacaq?
Hər 100 manata ...
-
Pensiyalar nə qədər artacaq?
Orta aylıq əmək haqqının 900 manata çatacağı bildirilir
-
Pensiya amnistiyası uzadıldı
Dəyişiklik təqaüdçülərə nə vəd edir?
-
Təqaüd yaşında güzəştlər kimlərə aid olacaq?
Pensiyası haqqında qanunda dəyişiklik təsdiqləndi
-
Təqaüd yaşı kimlər üçün endirildi?
“Əmək pensiyaları haqqında” Qanuna dəyişiklik haqqında...
-
Pensiyalarla bağlı vacib qanun
Vəfat edən ailə başçısının təqaüdü ailə üzvləri arasında bölüşdürüləcək
-
Vəfat edən şəxsin pensiya kapitalı hara xərclənir?
Bu məsələ Milli Məclisdə dinləmələrə çıxarılacaq
-
Artımlar nə qədər olacaq?
Millət vəkili pensiya sərəncamını şərh etdi
-
Pensiyalar artırılır
Prezident sərəncam imzalayıb
-
35 minə yaxın şəxsin pensiyası 137,5 manat artırılıb
İşləyən pensiyaçıların müavinətlərinin hesablanması qaydaları
-
Əməkhaqqı və pensiyalarla birgə qiymətlər də qalxa bilər
Ekspert çıxış yolunu iqtisadiyyatın liberallaşdırılması yönündə konkret addımların atılmasında görür
-
1 oktyabr - Beynəlxalq Ahıllar Günü
Azərbaycanda 330 minə yaxın ahıl vətəndaş var
-
Pensiyalar təhlükədə
Qazaxıstan Azərbaycan Beynəlxalq Bankında 220 milyon dollar itirdi
-
Pensiyalar vaxtından tez veriləcək
Maliyyələşmə başa çatıb
-
Azərbaycanda pensiya yaşı da artırılır...
... iş stajı da
“Əmək pensiyaları haqqında” qanuna təklif edilən dəyişikliklər pensiyaların daha çox artırılmasına imkan verəcək. Bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü Sevinc Hüseynova deyib.
Deputat bildirib ki, Azərbaycan sosial yönümlü dövlətdir və Azərbaycan dövlətinin apardığı siyasətin mərkəzində vətəndaş dayanır.
“Cənab Prezident İlham Əliyevin apardığı siyasət hər zaman əhalinin sosial rifahının yaxşılaşdırılmasına yönəlib və bu istiqamətdə ardıcıl olaraq tədbirlər həyata keçirilir.
2018-ci ildən başlayaraq ikinci mərhələdə pensiya sahəsində islahatlar aparılıb və bu sahədə inqilabi dəyişikliklər olub. Ölkə Prezidentinin bu ilin fevral ayında imzaladığı Əmək pensiyaçılarının sosial müdafiəsi sahəsində əlavə tədbirlər haqqında Sərəncamı ilə Nazirlər Kabinetinə iki tapşırıq verilmişdi.
Belə ki, qulluq stajına görə əlavə alan əmək pensiyaçılarının, o cümlədən dövlət qulluqçusu, hərbi və xüsusi rütbə daşıyan şəxslər, vergi, ədliyyə əməkdaşları, hakimlərin əmək pensiyasının indeksləşdirilərək artırılması mexanizmi ilə bağlı tapşırıq verilmişdi – əmək pensiyalarının indeksləşdirilməklə artırılması mexanizminin və 2022-ci ildə əmək pensiyaçılarına ödənilən maddi yardımın (200 manat və ya qulluq əlavəsi alan şəxslərə ödənilən pensiya məbləğinin 10 faizi miqdarında) 2023-cü il yanvarın 1-dən etibarən pensiyaların tərkibinə daxil edilməsinə dair təkliflər təqdim etmək.
Bu tapşırıqların icrası ilə bağlı müvafiq nazirlik tərəfindən təkliflər hazırlanıb və “Əmək pensiyası haqqında” qanuna dəyişiklikdə həmin təkliflər əsasını tapıb”, – deyə deputat bildirib.
O qeyd edib ki, ötən il pensiyaçılara onların sosial müdafiəsini gücləndirmək məqsədi ilə ödənilən 200 manat məbləğində maddi yardımın pensiyaların tərkibinə daxil edilməsi və ümumi məbləğin gələn ilin 1 yanvar tarixindən indeksləşdirilməsi pensiyaların daha çox artımını təmin edəcəkdir.
“Eyni zamanda bu dəyişikliklərin əsas mahiyyəti ondan ibarətdir ki, pensiyaçıların pensiyalarının indeksləşdirilməsində olan fərq aradan qaldırılsın və vahid indeksasiya metodu əsasında əmək pensiyaçılarının pensiyaları hesablansın. Yəni qulluq stajına görə əlavə alan əmək pensiyaçılarının pensiyasına 3-5 ildən bir əlavə edilirdisə və onların pensiyaları artırdısa, yeni indeksasiya metoduna keçiddən sonra hər ilin əvvəlində qulluq əlavəsi alan şəxslərin də pensiyası digər şəxslərin pensiyası kimi indeksləşdirilərək artırılacaq. Yəni qulluq stajına görə əlavə almaq hüququ olan şəxslərin pensiyası hər il indeksasiya ediləcək, əvvəlki metoda nisbətən indi daha çox artacaq, onların sosial rifahı yaxşılaşmış olacaq.
Pensiya artımlarında vahid indeksasiyanın tətbiq edilməsi pensiyaların inflyasiya təsirlərindən qorunmasını təmin edən dünyada geniş tətbiq edilən bir mexanizmdir.
Bundan sonra Azərbaycanda da əmək pensiyaları hesablanacaq. Vahid indeksasiya metodu ilə hesablama inflyasiyanın nəzərə alınmasına imkan verəcək ki, bu da çox önəmli bir məsələdir. Bu mütərəqqi bir addımdır və pensiyaçılrımızın sosial rifahının yaxşılaşdırılmasına yönəldilib”, – deyə deputat əlavə edib.
Qeyd edək ki, “Əmək pensiyaları haqqında” qanuna təklif edilən dəyişikliklər Milli Məclisin plenar iclasında birinci oxunuşda qəbul edilib. (“Trend”)