vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 11 mart 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Əli bəy Hüseynzadə (1864 - 1940)

«Hürriyyət!.. O nə qüvvədir ki, zehinləri, fikirləri, xəyalları, bəşərin bütün ruh və mənəviyyatını sövq edir!»

Əli bəy Hüseynzadə (1864 - 1940)
SOSİAL  
09:56 | 10 mart 2025 | Bazar ertəsi Məqaləyə 55 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Təqaüd 14 faiz artıb

Artımın nələrə təsiri olacaq?

VÜQAR

MÖVZU İLƏ ƏLAQƏLİ

Minimum əmək haqqı artımından sonra bir sıra müavinət və təqaüdlərdə artımlar qeydə alınmaqdadır. Belə ki, bu ildən artımların reallaşdığı təqaüdlərdən biri də peşə hazırlığına cəlb olunmuş şəxslərə ödənilən vəsaitlərdir.

“Məşğulluq haqqında” Qanuna əsasən, Azərbaycanda peşə hazırlığına cəlb olunmuş şəxslərə minimum əməkhaqqının 50 faizi məbləğində təqaüd verilir. 2025-ci ilin yanvar ayından minimum əmək haqqı 345 manatdan 400 manatadək yüksəldiyindən bu təqaüd məbləği də artırılıb.

Belə ki, əvvəllər həmin vətəndaşlarımıza ödənilən aylıq məbləğ 172.5 manat idisə, indi həmin təqaüd artırılaraq 200 manat olub. Bu o deməkdir, peşə hazırlığına cəlb olunmuş şəxslərə verilən təqaüd məbləği 14 faiz artırılıb.

Digər bir sıra təqaüdlərdə artımlar ilə bağlı təkliflər hazırda Nazirlər Kabineti tərəfindən hazırlanır. Təkliflərin bu ayın ikinci yarısında dövlət  başçısına təqdim edilməsi gözlənilir. Bu o deməkdir, yaxın zamanlarda bir sıra digər müavinət və təqaüdlərdə də artımlar olacaq.