
Cərrahi əməliyyatlar azalıb
Nağdsız cəmiyyətin gözlənilməz faydası
Nağdsız cəmiyyətin gözlənilməz faydası
Artımın nələrə təsiri olacaq?
Dollar avronu keçdi
Azərbaycanda banklar avronu dollardan ucuza dəyişir
Bu məsələ Milli Məclisdə dinləmələrə çıxarılacaq
Kağızı sürüşkənliyi ilə seçilir, ...
FED uçot dərəcəsi aşağı saldı, Tramp narazı qaldı
Manatın məzənnəsində ucuzlaşma ehtimalı çox aşağıdır
Manatın ucuzlaşması ixracın artımına gətirməyib, əvəzində idxal azalıb
Lirənin dəyədən salan səhvlər nə bir, nə iki idi ...
İşləyən pensiyaçıların müavinətlərinin hesablanması qaydaları
Dollar krediti olanlar yaxında «şad xəbər» alacaq!
Ən yoxsul insan puldan başqa heç nəyi olmayandır
... Yaxud 24 saat çəkən xoşbəxtlik
(əmanətçilərə bəd, dollarda borcu olanlara isə şad xəbər! Bank sistemini silkələyəcək avantüra!)
Elman Rüstəmov: «İnflyasiya bizim başlıca problemimizdir»
Bu ilin ilk yarısında xaricdə yaşayan azərbaycanlılar tərəfindən ölkəmizə pul köçürmələrinin (remitənsilərin) həcmində artım qeydə alınıb. Bu dövrdə fiziki şəxslər tərəfindən Azərbaycana 1,6 milyard manat köçürülüb ki, bu da ötən ilin uyğun dövrünün göstəricisindən 3,3 dəfə çoxdur. Köçürmələrin böyük hissəsi, yəni 1,3 milyard manata yaxını Rusiyadan daxil olub. Bu, 4,9 dəfə artım olmaqla ümumi pul köçürmələrinin 80 faizi deməkdir.
Pul köçürmələrinin artması səbəbləri nədir?
Şimal qonşumuzdan köçürmələrin həcminin artmasının səbəblərinə gəldikdə, bu heç də Rusiya iqtisadiyyatının böyüməsi anlamına gəlməməlidir. 2022-ci ilin ikinci rübündə Rusiyanın ÜDM-i illik müqayisədə 4,7 faiz azalıb. Üçüncü rübün yekunlarında isə azalmanın 7.0 faizdən çox olacağı gözlənilir. Başqa tərəfdən, Rusiyadan yalnız Azərbaycan deyil, əksər MDB istiqamətində köçürmələrin həcminin artması müşahidə edilir. Bu daha çox Qərbin Rusiyaya qarşı sanksiyalarından sonra bəzi fiziki şəxslərin öz pullarını kənara aparmaq istəyi ilə bağlıdır. Hətta Rusiyadakı bir sıra iş adamları da yaxın qonşuluqda sərmayə imkanları axtarırlar.
Digər səbəb rublun qonşu ölkələrin valyutalarına, o cümlədən manata nisbətən möhkəmlənməsidir. Belə ki, yarım il öncə 100 rubl 1 manat 40 qəpik idisə, indi bu rəqəm 2 manat 80 qəpiyədək dəyişib. Nəticədə rubl ilə köçürmələr manat konvertasiyasında daha böyük rəqəmlər ilə ifadə olunur. Bu da manatla ümumi köçürmələrin həcminə təsir göstərir.
Eyni zamanda, köçürmələrin həcminin artmasında inflyasiya dərəcəsi də təsirsiz qalmayıb. Belə ki, köçürülən pulların böyük qismi ticarətdə çalışanlar həmyerlilərimiz tərəfindən həyata keçirilir. İnflyasiya onların xərcini artırsa da belə ümumi dövriyyələrində milli valyuta ifadəsində böyümələr də var. Bu da köçürmələrin həcminə təsirsiz ötüşmür.
Başqa bir səbəb köçürmələrin bu il daha çox leqallaşması ilə bağlıdır. Belə ki, quru sərhədlər bağlı olduğu üçün bank köçürmələrinə daha çox üstünlük verilir və da ümumi həcmə təsirsiz ötüşmür.
Bütün bunları nəzərə aldıqda Rusiyadan pul köçürmələrin artması uzun müddətli dövrü əhatə etməyəcəyi bəlli olur. Azərbaycan regionda belə remitənsilərdən asılılığı olmayan ölkə hesab olunur. Belə ki, pul köçürmələrinin Azərbaycanın Ümumi Daxili Məhsuldakı payı cəmi 3.3 faizdir.
Bu arada, Qərbin Rusiyaya 8-ci sanksiyalar paketinə viza şərtlərinin sərtləşdirilməsi də daxildir. Bu Rusiya kapitalın Qərbə gedişini xeyli əngəlləmiş olacaq.