Rusiya gəmisinin kapitanı həbs olundu
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
12:44 | 18 sentyabr 2022 | Bazar
Məqaləyə 2406 dəfə baxılıb
Şriftin ölçüsü
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Rusiya trilyon dollardan çox itki verib
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
Rusiya xüsusi xidmət orqanları mühafizə üçün yaradılmış müşahidə sistemini söndürüb
.... Amma konstitusion çoxluq əldə edə bilmədi
Azərbaycanın qazandığı sülh və Cənubi Qafqazın yeni tarixi
Paşinyanın partiyası açıq üstünlük qazandı, amma cəmiyyət sülh və qeyri-müəyyənlik arasında ikiyə bölünür
Ermənistan baş nazirinin partiyası Rusiyapərəst qüvvələrin topladıqlarının cəmindən çox səs qazandı
Kreml Cənubi Qafqazdan Mərkəzi Asiyaya qədər olan nüfuzunu qaytarmağa çalışır
Ermənistanda qutudan kim çıxacaq ...
Kremlə gözlənilməz zərbə
Müharibə xərcləri ölkəni iflasa aparır
Belqrad 2026-cı ilin sonunadək vizasız rejimi ləğv edə bilər
Humanitar universitet Rusiya prezidentinin nəsil şəcərəsini tədqiq edəcək alim axtarır
Kremlin informasiya savaşında dəyişməyən tezis
Nensi Pelosinin (Nancy Pelosi) taleyi 8 noyabr seçimlərində həll ola bilər. Bu seçimlərdə Demokratlar Partiyasının yerləri itirmək şansı yüksəkdir. Hazırda Demokratlar 435 yerdən 221-nə sahibdirlər. Respublikaçılardan 9 səs artıq. Nensini spiker edən bu 9 səs üstünlüyüdür.
8 noyabra olan proqnozlar Demokratlar üçün yaxşı vədlər vermir.
Nensinin Tayvana hay-küylü səfəri Çin-ABŞ məsələsi olmaqdan dəfələrlə çox ABŞ seçicisinin – Demokrat partiyasının məsələsi idi.
Demokratlar Partiyasının erməni icmasının səslərinə və maliyyə və media dəstəyinə də ciddi ehtiyacı var. Düzdür, ABŞ erməni icması ənənəvi olaraq Demokratlar partiyasını dəstəkləyir. Amma siyasi rəqqas kimi seçkiöncəsi bir-iki erməni rəqsi də eləməlisən axı. Yoxsa adi erməni səsvermə məntəqəsinə getməyi unuda bilər.
Erməni icmasının çox yaxın dostu, böyük dəstəkçisi (və təbii ki onlardan böyük fayda görən) olsa da Nensi İrəvanda bu rəqsi öz çıxarları üçün edir. Özü də Ermənistanı uçurumun kənarında oynatdığı da vecinə deyil. Bu an ona Ermənistan yox, erməni icmasının səsləri lazımdır.
Bəs Rusiya düşməni ABŞ-la rəqsin təsirindən məst olmuş erməniləri ayılda biləcəkmi? Kreml İllərdir qucağında bəslədiyi sevgilisini itirir. Ona çətin anında xəyanət etmiş sevgilisini geri qaytara biləcəkmi?
Bugünkü toyun ardınca ağır, haylı-küylü, qalmaqallı boşanma gözləyənlər haqlıdırlar.
Qoca Rusiya daha Ermənistanın işinə yaramır.